Sulutəpədə qadını döyən şəxs barəsində cinayət işi açıldı

Sulutəpədə qadını döyən şəxs barəsində cinayət işi açıldı
  • 23-03-2020, 00:00
  • 7 dəfə oxunub
Reklam

Sosial şəbəkələrdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayədə yaşayan T.Abdullayevanın Saleh Şahmarov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan məlumatlar araşdırılmaqla Bakı şəhər BPİ rəhbərliyinin nəzarətinə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən "İqtisad.Org"a verilən məlumata görə, vətəndaşın müraciəti üzrə xüsusatların tam və hərtərəfli araşdırılıb əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Binəqədi RPİ 40-cı Polis Bölməsindən götürülməklə Binəqədi RPİ-nin İstintaq şöbəsində cinayət işinin başlanması və icraata qəbul edilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd olunan hərəkətlərdə zərərçəkmiş şəxsi mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər nəticəsində güclü fiziki ağrı və ya psixi iztirablar vermə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlayıb.

İş üzrə xüsusatlarn tam və hərtərəfli araşdırılması məqsədilə istintaq hərəkətləri davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək