DİN: Tofiq Yaqublu ər-arvadı yumruq və vintaçanla vurub

DİN: Tofiq Yaqublu ər-arvadı yumruq və vintaçanla vurub
  • 24-03-2020, 00:00
  • 5 dəfə oxunub
Reklam

Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “İqtisad.Org”un sorğusuna cavab olaraq bildirib ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub:

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.

E.Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

“VAZ-2107” markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

“Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib”, - E.Zahidov əlavə edib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIRusiyada koronavirusa bir gündə 200-ə yaxın insan yoluxduAzərbaycan nefti yenidən ucuzlaşdıAvtoxuliqanlıqla və əxlaqsızlıqla məşğul olanlar məsuliyyətə cəlb edildilərYol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklərİcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldıİcma sədrindən Dağlıq Qarabağda koronavirusa yoluxma halları ilə bağlı bəyanatSatışda kifayət qədər spirt olacaq, maska istehsalı üçün əlverişli şərait yaradılacaq - RƏSMİBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARİranda bir günə 143 nəfər koronavirusdan öldüBakıda mənzildə naməlum meyit tapıldıMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaAzərbaycanda təhsildən yayınma halları ilə bağlı komissiyalar yaradılacaqAzərbaycanda yeni turizm istirahət zonaları yaradılacaqQeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları müəyyənləşib - SİYAHIİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcəkAzərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən varAzərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldıAzərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildiYaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanıbSumqayıt və Abşeronun ara və köməkçi yollarında postlar təşkil olunub