Cəlilabadda polisə xəsarət yetirilməsi ilə bağlı rəsmi açıqlama

Cəlilabadda polisə xəsarət yetirilməsi ilə bağlı rəsmi açıqlama
  • 24-03-2020, 00:04
  • 4 dəfə oxunub
Reklam

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri açıqlama yayıb.

"İqtisad.Org"a daxil olan açıqlamada deyilir:

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınmasında, habelə polis əməkdaşına müqavimət göstərməkdə şübhəli bilinən şəxslər tutularaq məsuliyyətə cəlb olunmuşdur.

Belə ki, Bakı şəhəri sakinləri Zaitov Rüfət Raufoviç, İsmayılov İsmayıl Mədət oğlu və qeyrilərinin mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlmələri ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında martın 21-də gecə saat 02 radələrində təşkil olunmuş əməliyyat tədbirində iştirak edən polis əməkdaşı xidməti vəzifələrini yerinə yetirib onlara özünü təqdim edib təslim olmalarını tələb edən zaman cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə Rüfət Zaitovun polis əməkdaşına xəsarət yetirərək İsmayıl İsmayılovun idarə etdiyi avtomobillə uzaqlaşmağa cəhd edərkən xidməti silah tətbiq edilməsi nəticəsində Rüfət Zaitovun “sağ ayağın güllə yarası”, İsmayıl İsmayılovun isə “döş qəfəsinin güllə yarası” xəsarətləri almalarına baxmayaraq ərazidən avtomobillə qaçmışlar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış təbdbiri nəticəsində onlar paytaxtın Qaradağ rayonu ərazisində saxlanılmışlar.

Fakta görə 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılmışdır.

İş üzrə zəruri ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Cinayət işi üzrə Rüfət Zaitov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

İsmayıl İsmayılovun isə hazırda xəstəxanada stasionar şəraitdə müalicəsi davam etdirilir.

Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmış və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIRusiyada koronavirusa bir gündə 200-ə yaxın insan yoluxduAzərbaycan nefti yenidən ucuzlaşdıAvtoxuliqanlıqla və əxlaqsızlıqla məşğul olanlar məsuliyyətə cəlb edildilərYol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklərİcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldıİcma sədrindən Dağlıq Qarabağda koronavirusa yoluxma halları ilə bağlı bəyanatSatışda kifayət qədər spirt olacaq, maska istehsalı üçün əlverişli şərait yaradılacaq - RƏSMİBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARİranda bir günə 143 nəfər koronavirusdan öldüBakıda mənzildə naməlum meyit tapıldıMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaAzərbaycanda təhsildən yayınma halları ilə bağlı komissiyalar yaradılacaqAzərbaycanda yeni turizm istirahət zonaları yaradılacaqQeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları müəyyənləşib - SİYAHIİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcəkAzərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən varAzərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldıAzərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildiYaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanıbSumqayıt və Abşeronun ara və köməkçi yollarında postlar təşkil olunub