İcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldı

İcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldı
  • 26-03-2020, 00:11
  • 7 dəfə oxunub
Reklam

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.

RİH-dən "İqtisad.Org"a verilən məlumata görə, müşavirə zamanı qeyd edilib ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir. Bildirilib ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılmış və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub.

Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrаhimov tutduğu vəzifədən azad edilib.

Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunub, mövcud olan nöqsan və çatışmazlıqlar təhlil edilib. Daha sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib və ciddi şəkildə bildirilib ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edirHavanın temperaturu daha da yüksələcəkAğsudan Körfəz ölkələri və Avropaya ixrac ediləcəkAvrora Qrup Ramazan bayramında aztəminatlı ailələri sevindiribVolkswagen Bakı Mərkəzindən bayrama özəl kampaniyaPAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır“Azsığorta”dan oğurluq olubŞamaxının icra başçısı açıqlama verdiBölgələrdə şimşək çaxıb, yağış yağıbİlham Əliyev: “Bakıda köhnədən qalan avtobuslar yeniləri ilə əvəzlənir”Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edildiŞamaxının icra başçısı və işçiləri karantindədir - RƏSMİYeni "iPhone"ların satış qiymətləri açıqlandıQurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik məktubu göndəribKoronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlanıbBiləsuvarda narkotacirlər tutulduBakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldıAzərbaycanda istehlak bazarı 4% azalıbAzərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıbAzərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubBöyükağa Xantəmirov vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur.