Ödənişsiz onlayn sınaq imtahanları üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı

Ödənişsiz onlayn sınaq imtahanları üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı
  • 15-04-2020, 01:03
  • 129 dəfə oxunub
Reklam

Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını iyul ayınadək ödənişsiz edib.

Mərkəzdən "İqtisad.Org"a verilən məlumata görə, hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 20 887 istifadəçi tərəfindən 48 411 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Qeyd edək ki, portalda 5-ci sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür.

"Fənlər və siniflər üzrə sınaq imtahanlarına yazılmaqla siz seçdiyiniz sinif və fənnin mündəricatında olan hər bir mövzu üzrə biliklərinizi ayrı-ayrılıqda yoxlaya bilərsiniz. Hər mövzu üzrə 10 test tapşırığı təqdim olunur. Bundan əlavə, siz həmin sinif üzrə 5 qiymətləndirmə sınağından da istifadə edə biləcəksiniz. Yazıldığınız imtahan fənni üzrə sınaq testləri kabinetinizin sol küncündə “Yazıldığım xidmətlər” bölməsində 1 il müddətində aktiv olur. Bu vaxt ərzində siz test tapşırıqlarına, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz",- DİM-dən bildirilib.

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: