Sərxoş halda 3 şəxsin ölümünə səbəb olan sürücü tutuldu

Sərxoş halda 3 şəxsin ölümünə səbəb olan sürücü tutuldu
  • 5-05-2020, 00:43
  • 781 dəfə oxunub
Reklam

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayonu ərazisində sərxoş halda yol nəqliyyat hadisəsi törədərək 3 şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "İqtisad.Org"a bildirilib ki, aprelin 10-da saat 21 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 263.1 və 263.2-ci maddələri ilə məhkum olunmuş Bəxtiyar Şahverdiyevin sərxoş halda idarə etdiyi KİA markalı 10-BX-090 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq sərnişinlər - Elnur Babayev, Cəlal Babayev və Vüsal Zəkiyevin vəfat etmələrinə, İsmayıl Zəkiyev və Ramin Əzməmmədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri almalarına səbəb olması faktı üzrə Şabran Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

B.Şahverdiyevə Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcəkƏhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun tikintisi davam edirQarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldüAlimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıbAzərbaycanda erməni terrorçu barədə qiyabi həbs qətimkan tədbiri seçildiAlmaniyada hidrogen qatarının sınaqları keçiriləcəkAzərbaycan tibbi maska ixracına hazırlaşırErmənistan yolayrıcında: Yeni baş nazir kim olsun?Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri qayıdıbPutindən Qarabağla bağlı yeni açıqlamaISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edibDini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblərErmənistanda daha bir nazir istefaya göndərilirŞəhid polkovnik dəfn olunubPrezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdiSaatlıda koronavirus xəstəsinə cinayət işi başlanıldıMilli Məclisin daha bir deputatı koronavirusa yoluxubŞuşa şəhərinin havadan görüntüsüİşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıbAzıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilibEvdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı"