Qubada oğurluq edən şəxslər tutuldu

Qubada oğurluq edən şəxslər tutuldu
  • 15-05-2020, 00:00
  • 334 dəfə oxunub
Reklam

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İdris-qışlaq kəndi ərazisində yerləşən evlərin birindən televizor və məişət avadanlıqları, eləcə də iki ədəd qəlyan, həmin qəlyanlara aid tütün məmulatları və aksesuarlar oğurlamaqda şübhəli bilinən üç şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların həmin kənd sakini olan bir azyaşlı, Şabran rayon sakinləri olan Tural Ağayev və əvvəllər məhkum olunmuş Əjdər Xıdırov olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Oğurlanan avadanlıqlar və qəlyanlar polis əməkdaşları tərəfindən Tural Ağayevin yaşadığı evdən maddi sübut kimi götürülüb.

Qeyd olunan hadisə ilə bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcəkƏhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun tikintisi davam edirQarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldüAlimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıbAzərbaycanda erməni terrorçu barədə qiyabi həbs qətimkan tədbiri seçildiAlmaniyada hidrogen qatarının sınaqları keçiriləcəkAzərbaycan tibbi maska ixracına hazırlaşırErmənistan yolayrıcında: Yeni baş nazir kim olsun?Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri qayıdıbPutindən Qarabağla bağlı yeni açıqlamaISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edibDini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblərErmənistanda daha bir nazir istefaya göndərilirŞəhid polkovnik dəfn olunubPrezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdiSaatlıda koronavirus xəstəsinə cinayət işi başlanıldıMilli Məclisin daha bir deputatı koronavirusa yoluxubŞuşa şəhərinin havadan görüntüsüİşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıbAzıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilibEvdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı"