İranın milli valyutası yenidən ucuzlaşıb

İranın milli valyutası yenidən ucuzlaşıb
  • 15-05-2020, 01:36
  • 2 301 dəfə oxunub
Reklam

İranın milli valyutasının məzənnəsi son 2 il üzrə ən aşağı həddə düşüb.

Bu barədə İsrail mətbuatı yayıb.

Məlumata görə, hazırda qonşu ölkədə ABŞ dollarının rəsmi məzənnəsi 4,2 tümən (42 min rial) olsa da, 1 Amerika valyutası əldə etmək üçün azı 17 tümən (170 min rial) ödəmək lazımdır. Bu isə 2018-ci ilin sentyabr ayından bəri ən yüksək həddir.

Xatırladaq ki, bir neçə gün əvvəl İranın I vitse-prezidenti İshaq Cahangiri ölkə iqtisadiyyatın son dərəcə ağır vəziyyətdə olduğunu bildirmişdi. Onun sözlərinə görə, buna səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar neftin rekord həddə ucuzlaşmasıdır.

Mayın 4-də İran parlamenti ölkənin milli valyutasının adının dəyişdirilməsi və denominasiyası haqqında qanun layihəsini təsdiqləyib. Bununla da, İranda milli valyuta rial deyil, indiyə qədər xalq arasında deyildiyi kimi tümən adlanmağa başlayıb. Bir tümən isə 10 000 riala bərabər götürülüb. Bu, yerli pul vahidindən 4 sıfırın silinməsi deməkdir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 18 yaşlı gənci tok vuraraq öldürdüZakir Həsənov düşmən təxribatlarının qarşısının alınması barədə əmr veribTofiq Yaqubluya qan köçürülübQvineya prezidenti naziri küçədə döydüBeş nəfərin ölümünə səbəb olanların cinayət işi ilə bağlı yenilik varErmənistan ordusunun hərbçisi öldüTürkiyə üçün tarixi gün: koronavirus peyvəndi vurulacaqMilli Məclis bu şəxslərə maaş verəcəkBarəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşibƏli Əhmədov Tofiq Yaqubludan yazdıAzərbaycanda sənədləri saxtalaşdıran şəxs Almaniyada tutulduGələn ilin dövlət büdcəsi layihəsi Hesablama Palatasına təqdim olunubBilik Günü tribunadan yıxılan şəxsin səhhəti necədir?Kür çayı yenə quruyur, problemlər artırHeydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olubSamir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilibVergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılırBaş Prokurorluq: Sağ qadınların ölməsi barədə sənəd hazırlayanlara cinayət işi açılıbSiyavuş Novruzov YAP-da daha bir vəzifəsini itirdiYeni metro vaqonları əvvəlkilərdən nə ilə fərqlənir?Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlamaŞamaxıda nəqliyyatda nağdsız ödənişə dair pilot layihənin icrasına başlanılıb