Şəki Şəhər Təhsil Şöbəsinin uğurları göz qabağındadır.

Şəki Şəhər Təhsil Şöbəsinin uğurları göz qabağındadır.
  • 14-05-2020, 00:00
  • 2 298 dəfə oxunub
Reklam

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovadır. Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardan biridir.Hazırda öz vəzifəsini uğurla davam etdirən və Şəki şəhərində təhsilin inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin və cənab nazir Ceyhun Bayramovun tapşırıqlarını şərəflə yerinə yetirən şöbə müdiri işlərin yüksək səviyyədə qurulmasına nail olub.

Südabər müəllimə söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Mümkün və sona qədər səhv yol tutan birini başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən nümunə götürən Südabər İsmayılova hər zaman öz işinin ən yaxşı öhdəsindən gələnlərdən biridir.
Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkədə bu Südabər müəllimənin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
Bəli, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır. Südabər İsmayılova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. O, bu gün də cənab prezident İlham Əliyevin siyasi kursunna sadiq olan məmurlardandır.
...Bəli bu gun yaşğadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər.Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Bəli, bu həqiqət isə GÜN İŞIGI kimidir: Şəki şəhərində kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

Südabər İsmayılova işlədiyi Şəki Şəhər Təhsil şöbəsində daim müəllimlərin və şagirdlərin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Südabər müəllimənin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində Südabər müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.


Şəki Şəhər Təhsil Şöbəsinin uğurları göz qabağındadır.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcəkƏhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun tikintisi davam edirQarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldüAlimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıbAzərbaycanda erməni terrorçu barədə qiyabi həbs qətimkan tədbiri seçildiAlmaniyada hidrogen qatarının sınaqları keçiriləcəkAzərbaycan tibbi maska ixracına hazırlaşırErmənistan yolayrıcında: Yeni baş nazir kim olsun?Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri qayıdıbPutindən Qarabağla bağlı yeni açıqlamaISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edibDini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblərErmənistanda daha bir nazir istefaya göndərilirŞəhid polkovnik dəfn olunubPrezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdiSaatlıda koronavirus xəstəsinə cinayət işi başlanıldıMilli Məclisin daha bir deputatı koronavirusa yoluxubŞuşa şəhərinin havadan görüntüsüİşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıbAzıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilibEvdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı"