Dünya iqtisadiyyatının bu il çəkdiyi zərər açıqlandı

Dünya iqtisadiyyatının bu il çəkdiyi zərər açıqlandı
  • 20-07-2020, 04:34
  • 2 307 dəfə oxunub
Reklam

Cari ildə dünya iqtisadiyyatı COVID-19 pandemiyası nəticəsində 3,2 faiz kiçilib, yəni 8,5 trilyon ABŞ dolları məbləğində zərərə uğrayıb.

Bu barədə BMT-nin İqtisadi və sosial işləri departamentinin (UN DESA) “Dünyada iqtisadi vəziyyət və perspektivlər” adlı son hesabatında bildirilir.

“Bu qədər itkilər dünya ÜDM-nin əvvəlki dörd ildəki artımını heçə endirəcək. Həm də ÜDM sənayesi inkişaf etmiş ölkələrdə daha çox, 5 faiz azalacaq, inkişaf edən ölkələrdə isə azalma 0,7 faiz olacaq”, - sənəddə göstərilir.

Yeni koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər dünya iqtisadiyyatının 90 faizinə təsir edərkən istehsalat zəncirlərinin pozulmasına, tələbatın azalmasına, işsizliyin artmasına gətirib çıxardı. Hesabat müəlliflərinə görə koronavirusun fəsadları üzündən dünyada 56 faizi Afrikanın payına düşən 34,3 milyon insan yoxsulluq həddindən aşağıya düşəcək.

“Bir çox ölkələrdə hökumət tərəfindən həyata keçirilən və dünya ÜDM-nin 10 faizinə qədərinə müvafiq olan təkanverici tədbirlər müsbət haldır. Pandemiya başa çatandan sonra dünya iqtisadiyyatının nə qədər tez dirçələcəyi dövlətlərin iş yerlərini qoruyub saxlamaq, əhalinin daha çox zərərə uğrayan təbəqələri üçün gəlir təmin etmək bacarığından birbaşa asılıdır”, - deyə BMT baş katibinin iqtisadi inkişaf üzrə köməkçisi Eliot Harris fikrini bildirib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 18 yaşlı gənci tok vuraraq öldürdüZakir Həsənov düşmən təxribatlarının qarşısının alınması barədə əmr veribTofiq Yaqubluya qan köçürülübQvineya prezidenti naziri küçədə döydüBeş nəfərin ölümünə səbəb olanların cinayət işi ilə bağlı yenilik varErmənistan ordusunun hərbçisi öldüTürkiyə üçün tarixi gün: koronavirus peyvəndi vurulacaqMilli Məclis bu şəxslərə maaş verəcəkBarəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşibƏli Əhmədov Tofiq Yaqubludan yazdıAzərbaycanda sənədləri saxtalaşdıran şəxs Almaniyada tutulduGələn ilin dövlət büdcəsi layihəsi Hesablama Palatasına təqdim olunubBilik Günü tribunadan yıxılan şəxsin səhhəti necədir?Kür çayı yenə quruyur, problemlər artırHeydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olubSamir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilibVergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılırBaş Prokurorluq: Sağ qadınların ölməsi barədə sənəd hazırlayanlara cinayət işi açılıbSiyavuş Novruzov YAP-da daha bir vəzifəsini itirdiYeni metro vaqonları əvvəlkilərdən nə ilə fərqlənir?Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlamaŞamaxıda nəqliyyatda nağdsız ödənişə dair pilot layihənin icrasına başlanılıb