Millimizin sabiq futbolçusunun ailə üzvlə

Millimizin sabiq futbolçusunun ailə üzvlə
  • 20-05-2020, 00:00
  • 9 dəfə oxunub
Reklam

"Sabah" klubunun futbolçusu Məhəmməd Mirzəbəyovun ailə üzvləri koronavirusa yoluxub.

Bu barədə hazırda Bakıda olan Azərbaycan millisinin sabiq müdafiəçisinin özü məlumat verib. 30 yaşlı oyunçunun sözlərinə görə, yoluxma Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşlarında müşahidə olunub.

Mirzəbəyov ailə üzvlərinin hazırda ev şəraitində təcrid olunmuş vəziyyətdə müalicə aldıqlarını və vəziyyətlərinin normal olduğunu vurğulayıb: "Onlar özlərini narahat hiss etdikdə tibb işçisi olan həyat yoldaşıma zəng etdilər. Xanımım isə Dağıstanda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim rəfiqələri ilə əlaqə saxladı. Həmin həkimlər isə müalicə yazdılar. Həm müalicə, həm də Allahın köməyi ilə ailə üzvlərimin vəziyyəti yaxşılığa doğru gedir".

Qeyd edək ki, "Sabah"a 2019-cu ilin iyununda keçən Məhəmməd Mirzəbəyov əvvəllər Rusiyada "Torpedo" (Moskva), "Torpedo-ZİL" və "Anji"nin, Azərbaycanda "Sumqayıt", "İnter", "Qəbələ" və "Neftçi"nin formasını geyinib. O, milli komandaya 2015 - 2018-ci illərdə dəvət alıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib