"20 Yanvar" dairəsi ətrafında aparılan yenidənqurma işləri yekunlaşdırılıb

  • 20-05-2020, 00:54
  • 13 dəfə oxunub
Reklam

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində “20 Yanvar” dairəsi ətrafında aparılan təmir-tikinti işləri yekunlaşdırılıb.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər veririk.

Aparılan yenidənqurma işləri çəçivəsində “20 Yanvar” dairəsi ətrafında yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün “20 Yanvar” metro stansiyasının Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsində olan çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək “oval” formaya salınıb.



Layihə çərçivəsində “20 Yanvar” dairəsinə gələn və çıxan yollarda da genişləndirmə və təmir işləri aparılıb. Belə ki, dairədən Moskva prospektinin əsas yoluna doğru və əks istiqamətdə yolun hərəkət hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Bundan başqa, aparılan təmir-tikinti işləri zamanı Müzəffər Həsənov küçəsinin “20 Yanvar” dairəsindən Abbas Mirzə Şərifzadə küçəsinə qədər olan hissəsi əsaslı şəkildə təmir edilib. Təmir işləri zamanı asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılb, əks-dolğu işləri görülüb və yeni yol əsası inşa edilib və küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Analoji təmir-tikinti işləri Həsən bəy Zərdabi küçəsinin “20 Yanvar” dairəsi - Heydər Hüseynov küçəsi arasında yerləşən hissəsində, həmçinin Ziya Bünyadov prospektinin “20 Yanvar” dairəsindən giriş hbissəsində də aparılaraq yekunlaşdırılıb. Artıq sözügedən hissədə aparılan təmir işləri səbəbindən hissə-hissə məhdudlaşdırılan hərəkət tam olaraq bərpa edilib.

Ümumilikdə “20 yanvar” dairəsi və dairə ətrafı yollarda aparılan təmir-tikinti işləri zamanı 4 min kub.metr əks-dolğu işləri görülüb, 19 min kv.m-ə yaxın sahəyə asfalt-beton örtüyünün alt layı, 39 min kv.m-ə yaxın sahəyə isə örtüyün üst layı döşənib, 4 yağış barmaqlığı və 37 kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.


Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətində də müəyyən dəyişiklik edilib. Belə ki, Müzəffər Həsənov küçəsindən birbaşa olaraq “20 Yanvar” dairəsinə giriş məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin axını Həsən bəy Zərdabi küçəsinə yönəldilib. Artıq sözügedən küçədə təkmilləşdirilmiş geridönmə hissədən istifadə olunmaqla dairəyə doğru hərəkət etmək mümkündür. Bu addımın atılmasında məqsəd dairədə yaranan və ləngimələrə səbəb olan konflikt nöqtələrin sayını azaltmaqdır.

Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb. Bunun üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib