Gömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıb

Gömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıb
  • 13-07-2020, 04:03
  • 974 dəfə oxunub
Reklam

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan-Avstriya Respublikasına "kişmiş" yükü daşıyan iki ədəd "Daf" markalı “34AA941/34AA942” və “91D657-10/91D658-10” qeydiyyat nişanlı yük avtomobillərində külli miqdarda narkotik vasitələrin gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər veririk.

Daxil olmuş məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda ölkəmizdən tranzit keçməklə Avstriya Respublikasına "kişmiş" yükü aparan İran vətəndaşları - Mırzaeısaatlou Akbar Parvızın və Abdelıkhanghah Ramın Mashatlının idarə etdikləri yük avtomobilləri saxlanılaraq gömrük nəzarətinə cəlb olunublar.

Kinoloji xidmət itləri xüsusi işarə və hərəkətlərlə yük avtomobillərinə reaksiya verdiyindən Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən avtomobillər rentgen qurğusunda yoxlanılıb.

Məlumata görə, şifahi sorğu-sual zamanı hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirsələr də, rentgen qurğusu vasitəsilə keçirilən baxış zamanı monitorda avtomobillərin yanacaq çənlərinin içərisində şübhəli cizgilər müşahidə olunub.

Baxış zamanı düzbucaqlı formalı yanacaq çənlərinin sonradan kustar üsulla iki hissəyə bölündüyü, həmin hissələrdən birində gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik, tərkibində narkotik maddənin-heroinin olduğu məhlul aşkarlanıb.

Mırzaeısaatlou Akbar Parvızin idarə etdiyi yük avtomobilinin yanacaq çənindəki gizli saxlanc yerindən tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 143 kiloqram 990 qram olan 374 litr, Abdelıkhanghah Ramın Mashatlının idarə etdiyi yük avtomobilindən isə tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 137 kiloqram 445 qram olan 357 litr məhlul aşkar olunub.

Ümumilikdə, hər iki yük nəqliyyat vasitəsindən külli miqdarda, 281 kiloqram 435 qram narkotik vasitə-heroin aşkar edilib.

Nəqliyyat vasitələrinin sürücüləri cinayət hadisələrini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulub və Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittiham elan edilib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Atmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilibŞirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildiBakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıbBu gün Azərbaycanın görkəmli simalarından olan Cavid Qurbanovun 62 yaşı tamam olur.Bakıda 18 yaşlı gənci tok vuraraq öldürdüZakir Həsənov düşmən təxribatlarının qarşısının alınması barədə əmr veribTofiq Yaqubluya qan köçürülübQvineya prezidenti naziri küçədə döydüBeş nəfərin ölümünə səbəb olanların cinayət işi ilə bağlı yenilik varErmənistan ordusunun hərbçisi öldüTürkiyə üçün tarixi gün: koronavirus peyvəndi vurulacaqMilli Məclis bu şəxslərə maaş verəcəkBarəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşibƏli Əhmədov Tofiq Yaqubludan yazdıAzərbaycanda sənədləri saxtalaşdıran şəxs Almaniyada tutulduGələn ilin dövlət büdcəsi layihəsi Hesablama Palatasına təqdim olunubBilik Günü tribunadan yıxılan şəxsin səhhəti necədir?Kür çayı yenə quruyur, problemlər artırHeydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olubSamir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilibVergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılırBaş Prokurorluq: Sağ qadınların ölməsi barədə sənəd hazırlayanlara cinayət işi açılıb