Almaniyada qaçqınlar arasında dava: Azərbaycan vətəndaşı xəsarət alıb

Almaniyada qaçqınlar arasında dava: Azərbaycan vətəndaşı xəsarət alıb
  • 9-06-2020, 00:06
  • 373 dəfə oxunub
Reklam

Almaniyanın Şimali Reyn Vestafliya əyalətindəki bir qaçqın yataqxanasında sığınacaq axtaranlar arasında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.

Bonn şəhərində yerləşən qaçqın yataqxanasında yaşayan Azərbaycan vətəndaşlarının Avropa bürosuna verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında, yataqxanadakı mətbəxlərin birində qeydə alınıb.

Mətbəxin çirkli olması səbəbindən dava edən Nigeriya və Eritreyadan olan sığınacaq axtaranları sakitləşdirməyə çalışan 32 yaşlı Azərbaycan vətəndaşı atılan dəmir tava nəticəsində baş nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə yataqxananın mühafizəçiləri və Bonn şəhər Polis Təşkilatının işçiləri gəliblər.

Dava edən şəxslər saxlanılıb, xəsarət alan azərbaycanlı isə təcili yardım vasitəsi ilə xəstəxanaya aparılıb.

Həkimlər onun baş nahiyəsinə 3 tikiş qoyduqdan sonra, ambulator müalicə üçün evə buraxıblar.

Faktla bağlı Bonn Polis Təşkilatı tərəfindən araşdırmalar davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı