Teymur Mustafayev koronavirusdan vəfat edib - RƏSMİ

Teymur Mustafayev koronavirusdan vəfat edib - RƏSMİ
  • 12-06-2020, 00:02
  • 375 dəfə oxunub
Reklam

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayevin ölüm səbəbi məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildirilib ki, 04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu təcili tibbi yardım maşını ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub. 

Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatışmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. 

Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı