Karantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİ

Karantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİ
  • 22-06-2020, 22:14
  • 282 dəfə oxunub
Reklam

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 21.06.2020-ci il saat 00:00-dan 22.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 440 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 132 nəfər olmaqla ümumilikdə 1 572 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 350 nəqliyyat vasitəsi paytaxt, 350 avtomobil rayon istiqamətinə geri qaytarılıb, bir nəfər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan şəxs aşkar edilib, bir nəfər sərnişin isə polisin qanuni tələblərinə tabe olmayaraq mübahisə etdiyi üçün barəsində qanunvericiliyə uyğun qaydada müvafiq sənədləşmə aparılıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı