Abşeron Rayon İcra Hakimiyyəti məlumat yaydı

Abşeron Rayon İcra Hakimiyyəti məlumat yaydı
  • 22-06-2020, 22:24
  • 470 dəfə oxunub
Reklam

Abşeron Rayon İcra Hakimiyyəti qurumun binasında əməliyyat keçirilməsi və müavinlərin həbs olunması barədə yayılan məlumatlara münasibət bildirib.

Məlumatda deyilir:

"Bir neçə kütləvi informasiya vasitəsində Abşeron Rayon İcra Hakimiyyətinin binasında əməliyyat axtarış tədbirləri həyata keçirilməsi və müavinlərin həbs olunması barədə məlumatlar dərc edilib. Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat xidməti olaraq bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Rayon İcra Hakimiyyətinin binasında əməliyyat həyata keçirilməyib və müavinlər həbs olunmayıb. Hazırda müavinlərin hər biri iş başındadır.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayaraq bildirir ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır: “Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur".

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı