Zakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladı

Zakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladı
  • 22-06-2020, 22:28
  • 471 dəfə oxunub
Reklam

“Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi”.

Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

O, Aprel döyüşlərinin davam etdiyi günlərdə Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə apardığı telefon danışığının detallarını açıqlayıb:

“Sergey Şoyqu Azərbaycana çox yaxşı münasibət bəsləyir, bizim çox yaxşı və etibarlı əlaqələrimiz var. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heç bir sənədində təşkilat qarşısında duran vəzifələrdən biri kimi Dağlıq Qarabağın müdafiəsi məsələsi yoxdur. Çünki ora Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2016-cı ildəki döyüş əməliyyatları zamanı Ermənistan ordusunun bir hissəsi darmadağın edildikdən sonra biz Lələtəpəni aldıq, Talış istiqamətində irəliləməyə başladıq. Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub, mən Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və bizim məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin ön xəttdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”.

Z.Həsənov bildirib ki, Azərbaycan Ordusunun cavab zərbəsi Ermənistanda təşvişə səbəb olub: “Onlarda artıq səfərbərlik başlamışdı. Səfərbərlik nə vaxt başlayır? O vaxt ki, ordunun şəxsi heyətə ehtiyacı olur və s. Onların qocaları musiqi ilə Yerevanda avtobuslara doluşurdular, ermənicə təhdid edirdilər ki, bəs indi gələcəyik Azərbaycana. Bütün bunlar necə bitdi? Bu insanlar haradadır? Yəni bu, döyüş əməliyyatlarının nəticəsidir”.

Müdafiə naziri vurğulayıb ki, 2016-cı ildəki hərbi əməliyyatlar həm də islahatdan keçmiş Azərbaycan Ordusu üçün sınaq idi: “Bundan başqa, biz orduda islahatlara başlamışdıq və bizim təsdiqə ehtiyacımız var idi: biz doğrumu inkişaf edirik, peşəkar ordunu doğru yollamı qururuq. Bir çoxları 2015-ci ildəki hadisəni unudur. Onda da lokal hərbi əməliyyatlar baş verdi. Orada da Ermənistan ordusu məğlubiyyətlərə uğrayırdı, böyük itkiləri var idi. O zaman hələ helikopter də itirmişdilər. Bunu da unutmamaq lazımdır.

Azərbaycan Ordusunun son illərdə qazandığı uğurlar göz qabağındadır. Bunu hər kəs görür, hər kəs bilir. Ən əsası da odur ki, döyüşlər nəticəsində ordunun döyüş ruhu, ölkədəki vətənpərvərlik yüksəlib. Yadınızdadırsa, 2016-cı ildə nə qədər gənc cəbhəyə getmək, erməni işğalçıları ilə savaşmaq istəyirdi. Mən cəbhədən qayıdarkən orduya könüllü şəkildə yazılmaq istəyən, Vətən uğrunda savaşmaq istəyən minlərlə gəncləri görürdüm. Bu, çox vacibdir”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı