Beyləqan rayonunda abadlıq-quruculuq işləri Asif Ağayevin təşəbbüsü ilə geniş vüsət alıb

Beyləqan rayonunda abadlıq-quruculuq işləri Asif Ağayevin təşəbbüsü ilə geniş vüsət alıb
  • 13-07-2020, 01:36
  • 394 dəfə oxunub
Reklam

Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa , yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz.



İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti






Azərbaycan Respubliaksının Prezidenti İlham Əliyevin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri tərəssüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan Beyləqanda Asif Ağayevin təşəbbüsü ilə görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.

Son illər abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Onu da qeyd etmək lazımdır ki, həyata keçirilən bu cür tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər.Rayonda iməciliklər ənənəvi xarakter alıb. Həftəsonu keçirilən iməciliklər zamanı şəhərin bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə səliqə-sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara qulluq göstərilir.Hacıqabul rayonunda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər pandemiya qaydalarına uyğun olaraq bu gün də davam etdirilir.

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin yaxından köməyi və diqqəti sayəsində bütün işlər yüksək səviyyədə və operativ surətdə həyata keçirilir ki, bu da sakinlərin dərin razılığına səbəb olur.Beyləqan rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet məsələlərdən biri olan insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitə olan vətəndaşların təklif ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanunvericiliyə müvafiq həlli yollarının müəyyənləşdirilməsi qənaətbəxş və uğurludur. Təşkilat rəhbərlərindən tutmuş, icra hakimiyyətinin sıravi işçilərınə kimi bilirlər ki, yaşından, peşəsindən, mövqeyindən asılı olmayaraq, hər bir sakin müraciət edirsə ən yüksək səviyyədə diqqət göstərilməlidir. Bu Asif müəllimin başlıca yaratdığı şəraitdən və tələbkarlığından irəli gəlir. Məhz bu yanaşmanın nəticəsidir ki, əhali tərəfindən daxil olan şikayətlərin sayı getdikcə azalır. Rayon icra hakimiyyəti əhali ilə ən sıx münasibəti, problemlərin həllini səyyar qəbulların təşkilində və keçirilməsində görür. Koronovirus pandemiyasından öncə Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin belə qəbullarının ikisində iştirak etmişəm və açığını desəm, başqa yerlərdə belə səmimi görüşlərlə az rastlaşmışam. Hiss olunur ki, rayon icra hakimiyyəti başçısının timsalında adamların dövlətə və dövlətçiliyə böyük inamları var, əhali ilə isti münasibətlər yaranıb və sair. Bu görüşlər, qəbullar formalizmdən qat-qat uzaqdır, səmimiyyəti, demokratikliyi, işgüzarlığı ilə seçilir.

Karantin olmasına baxmayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən rayonda bir çox işlər öz axarı ilə davam edir. Vətəndaşların müraciətlərinin və problemlərinin öyrənilməsi istiqamətində Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev tərəfindən növbəlilik prinsipi əsasında karantin dövründə onlayn qaydada qəbul edilən vətəndaşların sayı hər gün artır.Rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürür.



Beyləqan rayonunda abadlıq-quruculuq işləri Asif Ağayevin təşəbbüsü ilə geniş vüsət alıb

Beyləqan rayonunda abadlıq-quruculuq işləri Asif Ağayevin təşəbbüsü ilə geniş vüsət alıb


Asif Ağayev ani və düzgün qərar qəbul edən nadir insanlardandır!

Prezident İlham Əliyevdən nümunə götürən Asif Ağayev böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir!

Asif Ağayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Asif Ağayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlilərinə hər zaman öz qayğısı ilə seçilən Asif Ağayev şəhid ailələri ilə birbaşa görüşlər keçirir, əlillərə hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.Sakinlərə göstərdiyi diqqət və qayğı müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.


Beyləqan rayonunda abadlıq-quruculuq işləri Asif Ağayevin təşəbbüsü ilə geniş vüsət alıb


Beyləqan rayonunda İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Beyləqan rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər də görülür.


Beyləqan rayonunda abadlıq-quruculuq işləri Asif Ağayevin təşəbbüsü ilə geniş vüsət alıb

Beyləqan rayonunda abadlıq-quruculuq işləri Asif Ağayevin təşəbbüsü ilə geniş vüsət alıb



Sadəlik insanın baş ucalığıdır. Bu sadəlik, adamlara isti münasibət rəhbər işçidə, başqa sözlə, məmurda olduqda, bundan hamı bəhrələnir. Elə rəhbər işçi də, sadə vətəndaş da, el-oba da. Beyləqanda olduğu kimi.Ona etibar edilən bütün işlərdə Asif Ağayev özünü doğruldub. Bizdə "İqtisad.Org" xəbər portalı olaraq hörmətli Asif Ağayevə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar uğurlar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyibBu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olunduBu şəhərlər və rayonlar üzrə 190 manat ödəniləcək - QƏRARBakı polisi reyd keçiribPolis Bakıda əməliyyat keçirdi, 30 kq narkotik aşkarlandıSaxta arayış verən baş həkim barəsində cinayət işi başlanıldı"Qobu park-3"ə məcburi köçkünlərin yerləşdirilməsi başa çatırDYP rayonlara getmək istəyən şəxslərə xəbərdarlıq etdiAQTA daha 103 obyektdə pozuntular aşkarlayıbTəhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı açıqlamaAzərbaycanda aktiv koronavirus xəstələrinin sayı xeyli azalıbZelenski generalı işdən çıxardıRəşad Sadıqova ağır itkiHökumət sahibkarları icarə haqqından müvəqqəti azad etdiMüdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edibŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 109 mənzil verilibƏr arvadını qısqanaraq boğazını kəsib öldürdüLivanda dünyanı silkələyən partlayış - yeni siyasi böhranSosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilibBaş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıbFHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edibXudatda karantini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb