Suliddin Əsgərovun Beyləqan Təhsilində verdiyi töhfələr və etdiyi islahatlar təqdirə layiqdir.

Suliddin Əsgərovun Beyləqan Təhsilində verdiyi töhfələr və etdiyi islahatlar təqdirə layiqdir.
  • 12-07-2020, 13:42
  • 1 893 dəfə oxunub
Reklam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumi təhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bugünümüzün danılmaz həqiqətidir.

Təhsilimizin inkişafında Heydər Əliyev fondunun, xüsusən onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sayəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, digər layihə və proqramlar həyata keçirilmişdir ki, bu da özünü Beyləqan rayonunda təhsil sahəsində də bariz göstərmiş, cəmiyyətdə geniş əks-səda doğurmuşdur.Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır .Beyləqan rayon təhsil şöbəsinin müdiri Suliddin Əsgərov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Suliddin müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Suliddin Əsgərovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir. Bəli, bu gün o, olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır. Bir anlığa diqqət yetirək ki, indiyə kimi . Təhsil Şöbəsinə aid sahələrdə nə kimi yeniliklər əldə olunub, bu gün də hansı yeniliklər əldə olunmaqdadır. Hər kəsə bəllidir ki Suliddin Əsgərov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Hal-hazırda Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki Suliddin Əsgərov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov belə insanlardandır.Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə müəllim deməsi də burdan qaynaqlanır.Beyləqan Rayon Təhsil Şöbəsində böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar.

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov 25.03.1978-cı ildə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olub, 1999-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakultəsini alman dili ixtisası üzrə bakalavr, 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura şöbəsini "Pedaqoqika nəzəriyyəsi və tarixi" ixtisası uzrə bitirib.

2000-2007-ci illərdə Beyləqan rayon R.Ağamalıyev adına Soltanbud kənd tam orta məktəbində müəllim, 2010-2013-cu illərdə Beyləqan rayon Gənclər və İdman idarəsində baş məsləhətçi, 2013-cü ildən Beyləqan rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır, 2020-cı ilin yanvar ayından Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 04 nömrəli əmrinə əsasən Beyləqan RTŞ-nin müdirinin vəzifə səlahiyyətlərini icra edir. İkinci dərəcə dövlət qulluqçusudur.

Beyləqan rayon Təhsil Şöbəsinin qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Suliddin müəllimin zəhməti sayəsində başa gəlib.

Zəngin maarifçilik ənənələrinə malik olan Beyləqan rayonunda təhsil 2019-2020-ci ildə daha da inkişaf etmiş, uğurları artmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi və ümumilikdə təhsildə müasir standartlara uyğunlaşdırılma istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilmişdir. İl ərzində keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar.

“COVİD-19” koronavirus epidemiysının yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən cari ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi dayandırılmışdır. Pandemiya dövründə şagirdlərin təhsildən geri qalmamaları üçün Təhsil Nazirliyinin rəhbərliyi ilə virtual məktəb layihəsi teledərslər və onlayn dərslər vasitəsi ilə həyata keçirilməyə başlandı. Bu ilk təcrübə idi və hadisələrin axarı göstərir ki, Beyləqan rayonunda da müəllimlərin böyük vətənpərvərlik hissləri ilə bu layihənin reallaşmasına öz böyük töhvəsini verə bildi. Suliddin Əsgərovun başçılığı və dəstəyi ilə rayon məktəblərinin müəllimləri yorulmadan onlayn dərslər vasitəsi ilə şagirdlərin dərsdən geri qalmaması üçün böyük köməklik göstərdilər.

Suliddin Əsgərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır. Ona etibar edilən bütün postlarda Suliddin Əsgərov özünü doğruldub.

Bizdə hörmətli Suliddin Əsgərova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik


Suliddin Əsgərovun Beyləqan Təhsilində verdiyi töhfələr və etdiyi islahatlar təqdirə layiqdir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: