“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.

“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.
  • 12-07-2020, 13:17
  • 2 081 dəfə oxunub
Reklam

İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.Azərbaycanımızın müstəqillik qazandığı illər ərzində sözün həqiqi mənasında mükəmməl bizneslər qurmuş sahibkarlar – biznesmenlər olub və bu insanlar barədə danışmaq çox vacibdir.Belə ki, insanların artan tələbatlarını ödəyə bilmək, mövcud resurslardan səmərəli istifadə etməklə əhalinin yaşayış səviyyəsini yüksəltmək müasir dövr iqtisadiyyatının əsas prioritetlərindəndir.Sahibkar cəmiyyətin lokomotivi, iqtisadi rifahın əsas səbəbkarıdır və mən əminəm ki, indi adları çəkəcəyim şəxslər ölkəmizdə biznes üçün bir məktəb, gənc sahibkarlar üçün isə bir kumir rolunda olmalıdırlar. Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Ölkəmiz inkişaf etdikcə əhalinin rifah halı da yaxşılaşır. İnsanlar rahat və müasir avtomobillər alır, bütün sahələr üzrə istifadə olunan maşınların sayı artır. Avtomobillərin rahat işləməsi və uzun müddət istismar olunması isə yolların abadlığından asılıdır. Yolların abad olması üçünsə, müasir asfalt-beton zavodları istifadəyə verilməli, keyfiyyətli məhsul istehsal olunmalıdır.

Zamin Abbasovun müdiri olduğu Beyləqan rayonu Mil qəsəbəsində yerləşən “Yol İnşaat Servis” MMC- asfalt-beton zavodu kompleksi də müasir tələblər səviyyəsində qurulmuşdur. Beyləqan ərazisində kifayət qədər daş və qum-çınqıl ehtiyatı vardır. Bu, keyfiyyətli asfalt-beton istehsalında mühüm amildir. Yerli xammal əsasında işləyən asfalt-beton zavodu yol tikintisinə böyük təkan verir.

Zavodun laboratoriyasında qurulmuş ən müasir texnoloji avadanlıqlar vasitəsilə yollarda asfalt-betonun keyfiyyətini bütün göstəricilər üzrə müəyyən etmək, həmçinin yolun alt qatının-özülünün keyfiyyətini yoxlamaq mümkündür. Səyyar laboratoriyada asfalt-beton qarışığının və bu qarışıqda istifadə olunan materialların - bitum, qırma daş, çınqıl və mineral tozun da keyfiyyəti müəyyən olunur.

Zamin Abbasov “Yol İnşaat Servis” MMC- asfalt-beton zavodunda Beyləqanda olan işsiz sakinlərə öz biznesində işlə təmin edərək hər cür dəstəyi göstərir.Sahibkar təkcə öz mənfəəti üçün deyil, həm də biznesi ilə digər insanlar üçün faydalı ola bilirsə, bu zaman o, işində uğur qazanacaqdır.Ona görə də Zamin Abbasov hər bir işində hər zaman uğur qazanıb.

Doğulduğu, boya-başa çatdığı ana yurduna, Beyləqana sadiq qalan, həmyerlilərinin dar günündə hər zaman yanında olan Zamin Abbasov uşaqdan-böyüyə bütün sakinlər tərəfindən sevilir, seçilir.
Koronovirus pandemiyasına görə xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə də öz dəstəyini göstərmişdir. Ehtiyac sahibi olan insanlar kateqoriyasına, ilk növbədə məhdud hərəkət qabiliyyəti olanlar, çoxsaylı uşağı olan ailələr, yaşlılar və fiziki qüsurlu övladı olan ailələr aid olub. Yardımı alan ailələr isə öz təəssüratlarını bölüşüblər və Zamin Abbasova öz minnətdarlıqlarını bildiriblər.

Zamin Abbasov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Onun həyat səlnaməsinə nəzər salanda görürük ki, Zamin müəllim hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . Zamin Abbasov hər zaman bir biznesmen, sahibkar, rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdular . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə sahibkarlarla qürur duymuşuq , fəxr etmişik.
"İqtisad.org" müstəqil xəbər portalı olaraq Zamin müəllimə öz işlərində hər zaman uğurlar arzu edirik.


FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıbİndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdBaydenin ilk səfər edəcəyi ölkə açıqlandıHirkan Milli Parkında yanğın davam edirİdman jurnalistikasına ögey münasibəti MEDİA aradan qaldıracaqmı?20 milyon ABŞ dollarını aşan gəlirDünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdüRusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumatAzərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildiİşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıbŞəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandıYerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edibZakir Həsənov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşübİşğaldan azad olunan ərazilərdə bərpa işləri bu şəhərdən başlayacaqICESCO işğaldan azad olunan ərazilərdəki vəziyyəti araşdırmaq üçün ekspertlər təyin edəcəkSahibkarlığın İnkişafı Fondu ötən il 127 milyon manat güzəştli kredit veribMN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülürErmənistan müxalifətinin baş nazirliyə namizədi: “Revanş haqqında düşünmək mənasızdır”Vüqar Səfərli ailə üzvünün qəzetinə qanunsuz olaraq 300 min manat köçürübAntisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandıDonald Tramp cinayət məsuliyyətinə cəlb olunacaq?Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir -46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov