Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzində işlər uğurla həyata keçirilir.

Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzində işlər uğurla həyata keçirilir.
  • 12-07-2020, 13:40
  • 2 041 dəfə oxunub
Reklam

Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlamışdır. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya şuraları da yaradılır. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Şuraların əsas vəzifələri problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Füzuli rayonunda DAİM-nin Füzuli rayon şöbəsinin müdirinin sayəsində uğurla icra olunur. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər öz təsərrüfatlarını genişləndirir, taxılçılıq, pambıqçılıq, baramaçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olmaqla, həm özlərinin sosial rifahlarını yaxşılaşdırır, həm də ölkəmizdə ərzaq bolluğunun yaradılmasına töhfələrini verirlər.

100 min tondan çox taxıl istehsal olunub

Taxılçılıq Füzuli rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. Təkcə 2017-ci ildə rayonda əkilmiş 36 min 80 hektar taxıl sahəsindən 103 min 76 ton məhsul, o cümlədən 73 min 53 ton buğda, 30 min 23 ton arpa əldə edilib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq rayonda hər biri 1000 hektar olan dörd iri taxılçılıq təsərrüfatı, 500 hektar ərazidə isə toxumçuluq təsərrüfatı yaradılıb. İri taxılçılıq təsərrüfatlarında məhsuldarlıq xüsusilə yüksək olub.

2018-ci təsərrüfat ili üçün rayonda 36 min 505 hektar sahədə taxıl, o cümlədən 27 min 425 hektarda buğda, 8975 hektarda dən üçün arpa, 105 hektarda yaşıl yem üçün xəsil arpa səpilib. Cari ildə rayonda 110 min tondan çox taxıl istehsalı proqnozlaşdırılır.

“Füzuli Aqropark”ın yaradılması layihəsi üzrə işlər bu il başa çatacaq

Ölkəmizdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı görülən tədbirlərə uyğun olaraq, rayonun Haramı ərazisində aqropark yaradılır.

“Füzuli Aqropark”ın yaradılmasında əsas məqsəd ölkəmizdə idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsidir. 2700 hektar ərazini əhatə edən aqroparkda lazımi infrastruktur yaradılıb. Yeraltı su boruları, 11 ədəd müasir pivot suvarma sistemi, nasosxana və hidratlar qurulub. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçiriləcək.

Aqropark ərazisinin 1500 hektarında yüksək reproduksiyalı, məhsuldar payızlıq buğda səpilib. Yazda isə pivot altında olan min hektarda soya və qarğıdalı əkilməsi nəzərdə tutulur. Aqroparkın ərazisində yardımçı binalar və ofis binası tikiləcək, kənd təsərrüfatı texnikaları alınacaq. Layihə üzrə işlərin 2018-ci ildə tam başa çatdırılması nəzərdə tutulur.

Füzulidə ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir. 2017-ci ildə rayonda 2050 hektar sahədə pambıq becərilib. Tarlalardan 2100 tondan çox məhsul yığılaraq qəbul məntəqələrinə təhvil verilib ki, bu da ötən ildəkindən 4,1 dəfə artıqdır. 2018-ci ildə 2100 hektarda pambıq becərilməsi nəzərdə tutulur. Artıq fermerlərlə müqavilə bağlanıb, çiyid əkiləcək yerlər müəyyən edilib, şumlanaraq arata qoyulub.

Bu il Füzulidə 30 tondan çox barama istehsalı proqnozlaşdırılır

Baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 4 ton, 2017-ci ildə 24 ton 320 kiloqram barama istehsal edilib.

Ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 82 min ədəddən çox tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2018-ci ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağı nəzərə alınsa, 30 tondan artıq barama istehsal ediləcəyini proqnozlaşdırmaq olar.

İxracyönümlü kənd təsərrüfatı məhsulları istehsal edilir

2017-ci ildə rayonda kənd təsərrüfatının digər sahələrində əldə olunan göstəricilər də ürəkaçan olub. 3725 ton tərəvəz, 2827 ton bostan məhsulları, 1769 ton kartof, 675 ton qarğıdalı, 83 ton günəbaxan, 4955 ton çuğundur, 4 ton vələmir, 15 ton çəltik, 13 ton darı, 7 ton noxud, 2691 ton meyvə, 1551 ton üzüm istehsal edilib.

Hüseyn müəllimin direktor vəzifəsində işlədiyi Dövlət Aqrar İnkişaf mərkəzində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması bir başa öz zəhməti sayəsində başa gəlib.

Bizdə "İqtisad.org" xəbər portalı olaraq Hüseyn Abbasova bu məsuliyyətli və ağır işində uğurlar arzu edirik.


Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzində işlər uğurla həyata keçirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Abdin Fərzəliyev :Ermənistan soyqırımı törədən və terrorçuluğu dəstəkləyən dövlətdirSəhlab Bağırov : Ermənistanın həyata keçirdiyi bu hərbi cinayətə dünya laqeyd qalmamalıdırVüqar Quliyev : Azərbaycanda birliyin, vətənpərvərliyin və qalibiyyət ruhunun təntənəsiRuslan Əliyev : Ermənilərin vəhşilikləri insanlığa qarşı ən ağır cinayətlərdirAzərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstək