Ona etibar edilən bütün işlərdə Taleh Qaraşov özünü doğruldub

Ona etibar edilən bütün işlərdə Taleh Qaraşov özünü doğruldub
  • 19-07-2020, 19:35
  • 322 dəfə oxunub
Reklam

“Ümumiyyətlə cənab Prezident İlham Əliyev hər zaman bütün çıxışlarında bildirib ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır”. Və onu da qey edir ki, "Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün... "

Azərbaycan Respubliaksının Prezidenti İlham Əliyevin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri tərəssüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur.

Məhz buna görədir ki, Lənkəranda Taleh Qaraşovun rəhbərliyi altında abadlıq-quruculuq işlərinə çox böyük diqqət yetirilib, tarixilik qorunub-saxlanılıb, müasir infrastuktur layihələri uğurla icra olunub: “Rayon ərazisində sosial obyektlərin - məktəb, baxça, səhiyyə müəssisələrinin təmiri, bərpası daim ön planda olub, yeni parkların salınması, ağac əkimi, küçə və məhəllələrin abadlaşdırılması, işsizlik probleminin həlli istiqamətində ciddi işlər görülüb.

Azərbaycan Respubliaksının Prezidenti İlham Əliyevin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri tərəssüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan Lənkəran rayoundaTaleh Qaraşovun təşəbbüsü ilə görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.

Son illər abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Onu da qeyd etmək lazımdır ki, həyata keçirilən bu cür tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər. Artıq rayonda iməciliklər ənənəvi xarakter alıb. Həftəsonu keçirilən iməciliklər zamanı şəhərin bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə səliqə-sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara qulluq göstərilir.Lənkəran rayonunda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir.

Lənkəranda icra hakimi Taleh Qaraşovun dəstəyi ilə sahibkarlığın inkişafına güclü dəstək verilir.

Ölkədə sahibkarlığın inkişafı ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrə Lənkəranda da səylə əməl olunur, investorlara əlverişli şərait yaradılaraq layihələrinin icrasına dəstək verilir. Göstərilən qayğıdan ruhlanan sahibkarlar rayonun iqtisadi sferasına həvəslə investisiya qoyur, iri investisiya tutumlu layihələr həyata keçirir, yeni iş yerləri açırlar. Belə layihələrdən biri də cənub bölgəsində analoqu olmayan qənnadı fabrikinin tikintisidir.


Ona etibar edilən bütün işlərdə Taleh Qaraşov özünü doğruldub


Lənkəranda təhsil müəssisələrinin təmir-tikinti işləri də Taleh Qaraşovun təhsilə verdiyi önəm sayəsində geniş vüsət alıb.Xalqın uğurlu gələcəyinin təminatçısı olan təhsilin maddi-texniki bazasının gücləndirilməsinə Lənkəranda geniş diqqət yetirilir. Ölkə Prezidentinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından diqqəti və qayğısı ilə son illərdə rayonda ümumilikdə 50-dək məktəb üçün yeni binalar tikilib, təmir-bərpa işləri aparılıb. İlk növbədə vətəndaşların çoxsaylı xahişləri və çətin təbii şəraitə malik dağlıq ərazilər də nəzərə alınaraq köhnə, yöndəmsiz binalarda yerləşən, qəzalı vəziyyətdə olan 45 məktəb üçün ən müasir tələblərə cavab verən yeni binaların tikilib istifadəyə verilməsi on minlərlərə valideynə, müəllimə, şagirdə sonsuz sevinc hissi, məmnunluq bəxş edib. Hazırda Fondun vəsaiti hesabına daha 3 məktəb, 632 şagird yerlik Haftoni, 420 şagird yerlik Nərimanabad qəsəbə və 360 şagird yerlik Viravul kənd 2 nömrəli tam orta məktəbləri üçün tikilən binalarda son tamamlama işləri görülür. Hər üç məktəbin yaxın vaxtlarda istifadəyə veriləcəyi nəzərdə tutulur.Bunlardan başqa dövlət vəsaiti hesabına rayonun Gəgiran kəndində 260 şagird yerlik yeni məktəb binası tikilir. Bu günlərdə şəhərdə 1076 şagird yerlik 7 nömrəli və 640 şagird yerlik Zövlə kənd tam orta məktəbində də əsaslı təmir-bərpa işlərinə start verilib. Məktəblərin tikinti və təmir-bərpa işlərinin vaxtında başa çatdırılmasından ötrü bütün zəruri tədbirlər görülür.


Bu gün ölkəmizdə pandemiya ilə bağlı müxtəlif istiqamətlərdə mübarizə aparılmaqdadır. Bu mübarizə bütün dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan, o cümlədən bütün insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir.Taleh Qaraşovun təşəbbüsü ilə karantin olmasına baxmayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən Lənkəran rayonunda bir çox işlər öz axarı ilə davam edir. Vətəndaşların müraciətlərinin və problemlərinin öyrənilməsi istiqamətində Lənkəran Rayon İcra Hakimiyyəti Taleh Qaraşov tərəfindən növbəlilik prinsipi əsasında karantin dövründə onlayn qaydada qəbul edilən vətəndaşların sayı hər gün artır. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürür.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış operativ qərargahın üzvlərinin birgə iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Lənkəran rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti həyata keçirmək məqsədilə reyd keçirilib.
Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, avtovağzal və mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektləri və ictimai nəqliyyat vasitələrini əhatə edib.
Əhali ilə söhbətlərində Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən İcra başçısı T.Qaraşov respublikanın bir sıra şəhər və rayonları ilə yanaşı Lənkəranda da karantin rejiminin uzadıldığını qeyd edərək, vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyə, onları gigiyenik vasitələrdən, o cümlədən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla təmas məsafəsini gözlənməyə çağırıb. Reyd zamanı həmçinin aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.
Söhbət zamanı vətəndaşlar dövlət tərəfindən tətbiq olunan tədbirlərə müsbət yanaşdıqlarını, bütün bu kimi qaydaların məhz insanlarımızın sağlamlığına xidmət etdiyini, dövlət başçısı və eləcə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər.
Görüş və söhbətlər zamanı müxtəlif şəxslərə maskalar paylanılıb.
Həmin gün karantin qaydalarına əməl etməyən bir sıra şəxslər polis tərəfindən inzibati qaydada cərimələnib və onlara bir daha müəyyən olunmuş qaydaları pozmamaq barədə xəbərdarlıq olunub.



Sadəlik insanın baş ucalığıdır. Bu sadəlik, adamlara isti münasibət rəhbər işçidə, başqa sözlə, məmurda olduqda, bundan hamı bəhrələnir. Elə rəhbər işçi də, sadə vətəndaş da, el-oba da. Lənkəranda olduğu kimi.Ona etibar edilən bütün işlərdə Taleh Qaraşov özünü doğruldub. Bizdə "İqtisad.Org" xəbər portalı olaraq hörmətli Taleh Qaraşova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar uğurlar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyibBu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olunduBu şəhərlər və rayonlar üzrə 190 manat ödəniləcək - QƏRARBakı polisi reyd keçiribPolis Bakıda əməliyyat keçirdi, 30 kq narkotik aşkarlandıSaxta arayış verən baş həkim barəsində cinayət işi başlanıldı"Qobu park-3"ə məcburi köçkünlərin yerləşdirilməsi başa çatırDYP rayonlara getmək istəyən şəxslərə xəbərdarlıq etdiAQTA daha 103 obyektdə pozuntular aşkarlayıbTəhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı açıqlamaAzərbaycanda aktiv koronavirus xəstələrinin sayı xeyli azalıbZelenski generalı işdən çıxardıRəşad Sadıqova ağır itkiHökumət sahibkarları icarə haqqından müvəqqəti azad etdiMüdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edibŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 109 mənzil verilibƏr arvadını qısqanaraq boğazını kəsib öldürdüLivanda dünyanı silkələyən partlayış - yeni siyasi böhranSosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilibBaş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıbFHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edibXudatda karantini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb