Qubalılar Ziyəddin Əliyevin Quba rayon İcra Hakimiyyətinin başçısı işlədiyi müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar

Qubalılar Ziyəddin Əliyevin Quba rayon İcra Hakimiyyətinin başçısı işlədiyi müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar
  • 24-07-2020, 23:05
  • 322 dəfə oxunub
Reklam

Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Quba rayonuna üç ildən az bir müddətdə təyin olunmuş İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev belə insanlardandır.

Ziyəddin İsmayıl oğlu Əliyev 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.
Əmək fəaliyyətinə 1980-cı ildə “Azərbaycan Kənd Təsərrüfatı Texnikası” Layihə Kontorunda başlamışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984-1993-cü illərdə “Bakı Mühəndis Tikinti” Trestində mühəndis, böyük mühəndis, müdir, 1993-1998-ci illərdə “İnşa” Elm-İstehsalat Mərkəzinin direktoru, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin “Yoltəmirtikinti” Birliyində idarə rəisi, 2001-2002-ci illərdə “Bakı Yoltikintiservis” ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə "Azəravtoyol" ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Ziyəddin Əliyev dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edən bir icra başçısıdır.Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin həyat səlnaməsinə nəzər salanda görürük ki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur .

Qubaya rəhbər təyin olunduğu gündən sakinlərin qeydinə qalır, onların hər bir problemində yanında olub, öz işinin uğurları və humanistliyi ilə hər bir kəsin sevgisini qazanmışdır.Ziyəddin müəllim təyin olunduğu müddətdə Quba rayon İcra Hakimiyyətində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması bir başa Ziyəddin müəllimin zəhməti sayəsində başa gəlib.

Quba sakinləri ilə sorğu apardıqda 3 il müddətində başçı təyin olunmasına baxmayaraq hər kəs ondan ağız dolusu danışdı. Hər kəs yaxşı ki Ziyəddin Əliyevin bu vəzifəyə təyin olunmasını söylədilər.

Bütün dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə, xüsusi karantin rejiminin tələblərinə əməl olunması və bu dövrdə aztəminatlı vətəndaşlara köməklik göstərilməsi istiqamətində Quba rayonunda da geniş miqyaslı kompleks tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq olunması barədə müvafiq qərarının tələblərinin rayonda əhatəli qaydada icrası məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sədirliyi ilə rayon qərargahı yaradılmış, xüsusi karantin rejminin tələblərinin əhali arasında geniş təbliğ olunması məqsədilə mobil qruplar yaradılmış, Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevinin şəxsən özü, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və digər aidiyyəti şəxslər tərəfindən müvafiq qaydaların əhaliyə düzgün çatdırılması məqsədilə gündəlik maarifləndirmə və izahat işləri aparılmış, rayon sakinlərinin evdə qalmaları ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Aztəminatlı vətəndaşlara Heydər Əliyev Fondunun, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Quba rayon İcra Hakimiyyətinin, eləcə də bir sıra digər təşkilatların və xeyriyyəçilərin xətti ilə yardımların göstərilməsi hazırda da davam etdirilməkdədir.

Qubalılar Ziyəddin Əliyevin Quba rayon İcra Hakimiyyətinin başçısı işlədiyi müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar


Ziyəddin Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandır!

Prezident İlham Əliyevdən nümunə götürən Ziyəddin Əliyev böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir!

Ziyəddin Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ziyəddin Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Quba Rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlilərinə hər zaman öz qayğısı ilə seçilən Ziyəddin Əliyev şəhid ailələri ilə birbaşa görüşlər keçirir, əlillərə hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.Sakinlərə göstərdiyi diqqət və qayğı müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.

Bu yaxınlarda Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə Quba rayonunun Zərdabi qəsəbəsində geniş miqyaslı tikinti, təmir, yenidənqurma və abadlıq işləri aparılmış, küçələr asfaltlanmış, müasir işıqlandırma sistemi yaradılmış, Zərdabi parkı salınmış, parkda milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin büstü qoyulmuşdur.

08 iyul 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba rayon prokuroru Namiq Muradovla birlikdə Qonaqkənd qəsəbəsinə gedərək qəsəbədə aparılan tikinti, təmir, yenidənqurma və abadlıq işləri ilə yerində tanış olmuş aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tez-tez əhaliylə bərabər İcra Hakimiyyətinin İİƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri ilə də videomüşavirələr keçirir. Görülən işlərlə tam diqqətlə marağlanır.

Bizdə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq bu şərəfli və məsuliyyətli vəzifəsində Mirhəsən müəllimə və kollektivinə öz işlərində uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyibBu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olunduBu şəhərlər və rayonlar üzrə 190 manat ödəniləcək - QƏRARBakı polisi reyd keçiribPolis Bakıda əməliyyat keçirdi, 30 kq narkotik aşkarlandıSaxta arayış verən baş həkim barəsində cinayət işi başlanıldı"Qobu park-3"ə məcburi köçkünlərin yerləşdirilməsi başa çatırDYP rayonlara getmək istəyən şəxslərə xəbərdarlıq etdiAQTA daha 103 obyektdə pozuntular aşkarlayıbTəhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı açıqlamaAzərbaycanda aktiv koronavirus xəstələrinin sayı xeyli azalıbZelenski generalı işdən çıxardıRəşad Sadıqova ağır itkiHökumət sahibkarları icarə haqqından müvəqqəti azad etdiMüdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edibŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 109 mənzil verilibƏr arvadını qısqanaraq boğazını kəsib öldürdüLivanda dünyanı silkələyən partlayış - yeni siyasi böhranSosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilibBaş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıbFHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edibXudatda karantini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb