İldırım Məmmədov : Aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyini təmin edir

İldırım Məmmədov : Aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyini təmin edir
  • 25-07-2020, 23:22
  • 2 010 dəfə oxunub
Reklam

Məlum olduğu kimi, artıq bir neçə ildir ölkəmizdə kənd təsərrüfatının kompleks şəkildə inkişaf etdirilməsi, bu məqsədlə ayrı ayrı sahələrin - pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və s. istiqamətlərin inkişafı üçün ardıcıl tədbirlırin həyata keçirilməsinə başlanmışdır. Bu tədbirlər ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının daha da yüksəldilmısi və əhalinin məşğulluğunun artırılması, maddi durumunun yaxşılaşdırılması və digər hədəfləri nəzərdə tutmuşdur. Ötən dövr ərzində sözügedən sahələr üzrə çox böyük işlər görülmüşdür ki, bu gün onun nəticələrini fermerlər, təsərrüfatla məşğul olan şəxslər görürlər.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Fermerlər Şurasının üzvü, “Tərəqqi” medallı, Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov öz açıqlamalarında bildirir ki, bu gün həqiqətən də aqrar sahədə aparılan islahatlar müsbət nəticələr verməkdədir: “Sağ olsun dövlətimiz, bizə lazımi şəraiti yaradıb, torpaq verib, güzəştli şərtlərlə texnika və gübrə alırıq, subsidiya ayrılır. Artıq danılmaz faktdır ki, həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatında iqtisadi təşəbbüskarlıq xeyli artıb, istehsalçılar arasında iqtisadi aktivlik yüksəlib, regionlarda yaşayan əhalidə torpağa münasibət əsaslı şəkildə dəyişib. Hətta mən deyərdim ki, istehsalçılara iqtisadi və elmi informasiya təminatının göstərilməsi nəticəsində kənd adamlarında əkib-becərməyə böyük maraq yaranıb. İndi əksər rayonlarımızda istifadədən kənarda qalmış boş torpaq sahəsi demək olar ki, tapmaq mümkün deyil. Bu mənada mən deyərdim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər reallaşdırılan siyasət nəticəsində aqrar sektor da öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Şübhəsiz, bu prosesdə düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə qayğı prinsipləri əsas rol oynayır. Bildiyiniz kimi, artıq taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən aqrar sahədə texnika təminatı ilə bağlı güzəştlərin tətbiqi diqqət mərkəzində saxlanılır.

İldırım Məmmədovun fikrincə, bu prosesdə iri tipli təsərrüfatlar daha fəal iştirak edirlər: “Bununla bağlı möhtərəm Prezidentimiz İlham Əliyev Cəlilabadda istifadəyə verilən müasir tipli iri fermer təsərrüfatının açılışında bildirmişdir ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və aqrar sahənin inkişafında iri fermer təsərrüfatlarının mühüm rolu vardır: “...bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir. İri fermer təsərrüfatının fəaliyyət göstərməsi həm iş yerlərinin açılması, həm də yeni bir kənd təsərrüfatı sisteminin formalaşması deməkdir”.

Quba rayonunun Buduq kəndinin sakini,Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Fermerlər Şurasının üzvü, “Tərəqqi” medallı, Quba Rayon Ağsaqqallar Şurasının sədri fermer İldırım Məmmədov məlum çıxışı ilə hər kəsi valeh etmişdi. Elə çıxışında da söylədiyi kimi Fermerler Şurasının üzvü seçildiyi gündən həqiqətəndə aqrar sahə üzrə bir çox işlər görmüşdür.Aqrar sahədə təcrübə almaq üçün Çikaqoda Fransada və Almaniyada bir çox uğurlu konfranslarda olmuşdur.

Torpağına, dövlətinə bağlı olan üzü nurlu ağsaqqalımız İldırım Məmmədov əkinçilik və heyvandarlıq sahəsində böyük təcrübəyə malikdir.Bu sahəyə rəhbərlik edən qurumun təkmilləşdirilməsi, daha işlək mexanizmə çevrilməsi sahəsində böyük addımlar atmışdır.

Ölkədə aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyənləşdirmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi ilə yaradılan Aqrar İnkişaf Könüllüləri koronavirus pandemiyasının geniş yayılmaması üçün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə sosial tədbirlərdə yaxından iştirak edir.

İldırım Məmmədov könüllülük prinsipi əsasında kooperativlərin yaradılmasının aqrar sahə üzrə karantin olmasına baxmayaraq görülən işlərə çox köməklik olduğunu bildirib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səhlab Bağırov : Ermənistanın həyata keçirdiyi bu hərbi cinayətə dünya laqeyd qalmamalıdırVüqar Quliyev : Azərbaycanda birliyin, vətənpərvərliyin və qalibiyyət ruhunun təntənəsiRuslan Əliyev : Ermənilərin vəhşilikləri insanlığa qarşı ən ağır cinayətlərdirAzərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilib