Suda həll olan plastik torbalar yaradıldı

Suda həll olan plastik torbalar yaradıldı
  • 27-07-2020, 00:31
  • 1 903 dəfə oxunub
Reklam

Yaponiyanın “Mitsubishi Chemical” şirkəti suda tamamilə həll olan plastik torbalar hazırlayıb.

Bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Qeyd olunub ki, torbalar adi polietilendən heç bir fərqi olmayan tərkibində şəkər qamışı olan xüsusi materialdan hazırlanıb. Yapon şirkətinə görə, bu cür torbalar bir il ərzində dəniz suyunda tamamilə həll olur.

Bildirilib ki, yeni torbalar dəniz və okeanlarda plastik tullantıların azaldılması ilə mübarizəyə kömək edəcək. Şirkət hazırda bu cür torbaların kütləvi istehsalına hazırlaşır.

Statistikaya görə, bir ailə il ərzində təqribi 500 polietilen paket istifadə edir. Həmin paketlərin çürüməsinə 500 ildən çox vaxt lazımdır.

Polietilenin üzərindəki bakteriyaların çoxluğu səbəbi ilə paketlərdəki ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf edir. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır.

Hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Onlar ətraf mühitdə uzun müddət qalır və çürümür.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Tramp indi nə işlə məşğul olur?Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunubAzərbaycanda 344 nəqliyyat vasitəsi axtarışdadır - SİYAHIXİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıbAzərbaycanda sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılırNaxçıvanda zəlzələ olubÖtən il Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırılıbAzərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir?ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıbİndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdBaydenin ilk səfər edəcəyi ölkə açıqlandıHirkan Milli Parkında yanğın davam edirDoğru qərarları ilə seçilən içimizdən biri - Vaqif Həsənovİdman jurnalistikasına ögey münasibəti MEDİA aradan qaldıracaqmı?20 milyon ABŞ dollarını aşan gəlirDünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdüRusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumatAzərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildiİşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıbŞəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandıYerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edibZakir Həsənov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb