Yeni Təhsil nazirindən ilk açıqlama

Yeni Təhsil nazirindən ilk açıqlama
  • 28-07-2020, 00:03
  • 1 862 dəfə oxunub
Reklam

"Möhtərəm cənab Prezident. Mən, ilk növbədə, Sizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də, bu, böyük etimaddır. Eyni zamanda böyük məsuliyyətdir".

Bu sözləri yeni Təhsil naziri Emin Əmrullayev iyulun 27-də videoformatda Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

"Qeyd etdiyiniz kimi, Sizin rəhbərliyinizlə son dövrdə təhsil sahəsində həqiqətən də, müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər istər şagirdlərin nailiyyətlərində, istərsə də bizim beynəlxalq reytinqlərdə əksini tapıb. Ən sevindirici hal ondan ibarətdir ki, bir çox dəyişənlər, yəni bir çox indikatorlar Təhsil Nazirliyi və yaxud da Azərbaycan hökuməti tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar və yaxud beynəlxalq olimpiadalarda şagirdlərimizin nailiyyətləri əsasında müşahidə edilir.

Siz də qeyd etdiyiniz kimi, təhsil sahəsi hazırda bir çox uğurlar əldə etmişdir. Siz bu uğurların bir qismini sadaladınız. O cümlədən də mən qeyd etmək istəyərdim ki, bu vektorun, bu müsbət istiqamətin davamlılığını təmin etmək qarşıda duran ən vacib məqsədlərimizdəndir. Eyni zamanda Siz dövlət proqramını qeyd etdiniz. Mən fürsətdən istifadə edib, bir vətəndaş kimi, istərdim, ilk növbədə, Sizə minnətdarlığımı bildirim. Çünki bu proqram həm mənim, həm də minlərlə Azərbaycan gəncinin həyatını dəyişən bir proqramdır. Sizin bu təşəbbüsünüz həqiqi mənada bir çox insanın həyatını yaxşıya doğru dəyişmişdir. Çünki Siz də qeyd etdiniz ki, bu proqram xaricə oxumağa gedəndə vətəndaşdan hər hansı öhdəlik tələb etmirdi. Bu, daha çox mənəvi öhdəlik idi, nəinki maddi və ya hansısa hüquqi. Düşünürəm ki, hazırda proqram məzunlarının demək olar ki, böyük əksəriyyəti Azərbaycandadır və həmin investisiyanı geri qaytarmaq vaxtıdır. Yaxud, belə deyək, bunu davamlı olaraq etmək hər bir proqram məzununun mənəvi borcudur", - E.Əmrullayev bildirib.

"Sadaladığınız istiqamətlər üzrə müvafiq işlərin görülməsi təbii ki, qarşıda duran məsələdir. Təhsilin keyfiyyətinin artırılması və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə edilməsi, o cümlədən də dövlət vəsaitinin, təhsilə ayrılan investisiyanın səmərəli istifadə olunması, düşünürəm ki, təhsildə qısa zamanda uğurların davamını gətirməyə imkan verəcək.

Sizə, bir daha dərin minnətdarlığımı bildirirəm və qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm. Sizə minnətdaram, təşəkkür edirəm", - Təhsil naziri əlavə edib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıbİndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdBaydenin ilk səfər edəcəyi ölkə açıqlandıHirkan Milli Parkında yanğın davam edirİdman jurnalistikasına ögey münasibəti MEDİA aradan qaldıracaqmı?20 milyon ABŞ dollarını aşan gəlirDünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdüRusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumatAzərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildiİşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıbŞəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandıYerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edibZakir Həsənov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşübİşğaldan azad olunan ərazilərdə bərpa işləri bu şəhərdən başlayacaqICESCO işğaldan azad olunan ərazilərdəki vəziyyəti araşdırmaq üçün ekspertlər təyin edəcəkSahibkarlığın İnkişafı Fondu ötən il 127 milyon manat güzəştli kredit veribMN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülürErmənistan müxalifətinin baş nazirliyə namizədi: “Revanş haqqında düşünmək mənasızdır”Vüqar Səfərli ailə üzvünün qəzetinə qanunsuz olaraq 300 min manat köçürübAntisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandıDonald Tramp cinayət məsuliyyətinə cəlb olunacaq?Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir -46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov