Prezident yeni Təhsil nazirinin qarşısında tələb qoydu

Prezident yeni Təhsil nazirinin qarşısında tələb qoydu
  • 28-07-2020, 00:05
  • 1 847 dəfə oxunub
Reklam

“Bizim təhsilimizin ümumi səviyyəsi, təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər də çox artacaqdır”.

Bunu Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bununla paralel olaraq, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır: “Ona görə xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? Ona görə bütün bunları siz mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll etməlisiniz".

"Bizim iqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirilir. Həm dövlət siyasəti aparılır, eyni zamanda dövlətin dəstəyi ilə yaradılmış şərait nəticəsində özəl sektor böyük investisiyalar qoyur və hansı sahələrə bu sərmayə qoyulur, bunu da hər kəs bilir. Bundan sonra bizə hansı peşələr lazım olacaq? Biz bunu da bilirik. Ona görə, bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Bir daha demək istəyirəm ki, siz, bu işləri gərək aidiyyəti qurumlarla düzgün təhlil edib konkret təkliflər verəsiniz”, - Prezident İlham Əliyev qeyd edib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıbİndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdBaydenin ilk səfər edəcəyi ölkə açıqlandıHirkan Milli Parkında yanğın davam edirİdman jurnalistikasına ögey münasibəti MEDİA aradan qaldıracaqmı?20 milyon ABŞ dollarını aşan gəlirDünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdüRusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumatAzərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildiİşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıbŞəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandıYerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edibZakir Həsənov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşübİşğaldan azad olunan ərazilərdə bərpa işləri bu şəhərdən başlayacaqICESCO işğaldan azad olunan ərazilərdəki vəziyyəti araşdırmaq üçün ekspertlər təyin edəcəkSahibkarlığın İnkişafı Fondu ötən il 127 milyon manat güzəştli kredit veribMN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülürErmənistan müxalifətinin baş nazirliyə namizədi: “Revanş haqqında düşünmək mənasızdır”Vüqar Səfərli ailə üzvünün qəzetinə qanunsuz olaraq 300 min manat köçürübAntisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandıDonald Tramp cinayət məsuliyyətinə cəlb olunacaq?Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir -46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov