Nazir Dadaşov : İslam dininin ən vacib sayılan fərzlərindən biri -Qurban Bayramı

Nazir Dadaşov : İslam dininin ən vacib sayılan fərzlərindən biri -Qurban Bayramı
  • 31-07-2020, 00:00
  • 778 dəfə oxunub
Reklam

Quba rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nazir Dadaşov : Qurban bayramı təkcə Allah yolunda heyvan kəsmək anlamına gəlmir, bu, insanın Allah yolunda ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur.Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.

Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Dini qurban kəsmə İbrahim peyğəmbərin adı ilə bağlı mərasimdir.

Qurani-Kərimə görə, oğlu İsmayılı Allah yolunda qurban kəsməyə hazır olan İbrahim peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir və Allah-təala İbrahim peyğəmbərə oğlu İsmayılın əvəzində qurban kəsmək üçün iki cüt qara qoç göndərir.

Bu səbəbdən bütün dünya müsəlmanları hər il İbrahim peyğəmbərin və oğlu İsmayılın xatirinə qurban kəsirlər.

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır.

Müqəddəs bayram münasibətilə paytaxt Bakıda və Azərbaycanın bütün bölgələrində də qurbanlar kəsilir.

İslam dininə görə, heç olmasa, ömründə bir dəfə vacib Məkkə və ya Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi də möminin mühüm borcu hesab olunur.



Cəmiyyətin ictimai-iqtisadi inkişafının müəyyən pilləsində, insan əməyinin məhsuldarlığı artıb izafi məhsul yaratmağa başladıqda, yəni cəmiyyət siniflərə bölündüyü zaman hərbi əsirləri qurban verib öldürmək əvəzinə, onları qula çevirib işlətməyə başladılar. Bu dövrdən etibarən allahlara verilən qurbanlar, əsasən heyvanlardan ibarət oldu. Ev heyvanları və quşları qurban vermək adət halını aldı.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edilir, niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayaraq, ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedirlər. Kimsə yenə növbəti dəfə Qurban Bayramının mahiyyətini yada salacaq, bu bir neçə gündə bu bayramın nurundan hərə anladığı tərzdə faydalanacaqdır.

Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olub.
Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Başda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Əhməd Əhmədzadə olmaqla ASC-nin bütün kollektivini təbrik edirəm. Sizləri İslam dünyasının müqəddəs bayramı olan Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Humanizm, bərabərlik və həmrəylik simvolu olan bu müqəddəs bayramda uzun ömür, can sağlığı, arzulayır, etdiyiniz duaların və kəsdiyiniz qurbanların qəbul edilməsini diləyirəm.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Tramp indi nə işlə məşğul olur?Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunubAzərbaycanda 344 nəqliyyat vasitəsi axtarışdadır - SİYAHIXİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıbAzərbaycanda sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılırNaxçıvanda zəlzələ olubÖtən il Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırılıbAzərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir?ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıbİndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdBaydenin ilk səfər edəcəyi ölkə açıqlandıHirkan Milli Parkında yanğın davam edirDoğru qərarları ilə seçilən içimizdən biri - Vaqif Həsənovİdman jurnalistikasına ögey münasibəti MEDİA aradan qaldıracaqmı?20 milyon ABŞ dollarını aşan gəlirDünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdüRusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumatAzərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildiİşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıbŞəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandıYerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edibZakir Həsənov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb