Saxta arayış verən baş həkim barəsində cinayət işi başlanıldı

Saxta arayış verən baş həkim barəsində cinayət işi başlanıldı
  • 7-08-2020, 23:32
  • 1 603 dəfə oxunub
Reklam

Xüsusi karantin qaydalarını pozaraq bölgələrdən Bakı şəhərinə vətəndaşların hərəkətinə şərait yaradan daha bir vəzifəli şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Xolqaraqaşlı kənd sahə xəstəxanasının baş həkimi Mahir Əhmədov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, M.Əhmədov pul müqabilində karantin rejimi dövründə heç bir xəstəliyi olmadığı halda kənd sakini olan bir qadına Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasında müayinədən keçməsinə dair saxta tibbi arayış verib. Bununla da saxlanılan şəxs həmin qadının karantin rejimi dövründə ölkə ərazisində sərbəst hərəkət etməsinə şərait yaradıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. M.Əhmədovun karantin rejimi dövründə başqa şəxslərə bu tipli arayışlar satıb-satmadığı istintaq yolu ilə araşdırılır.


FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çıya ömürlük cəza verildiYüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandıNeftçalanın içməli su problemi noyabrda həll olunacaqŞirkət rəhbəri 2,5 milyonluq dələduzluğa görə həbs edildiAleksey Navalnının yeri bilinmirBakıda ağaclar quruyur, İşçi Qrup yaradıldıMehmanxanalarda reydlər davam etdirilirYaxın günlərdə güclü maqnit fırtınası olacaqBir ili 3,14 sutkaya bərabər olan planet tapılıb"BakuBus" yarım milyon manatlıq geyim alırPrezident: "Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq"Konstitusiya Məhkəməsi bələdiyyə torpaqları ilə bağlı qərar verdiMəktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?“WhatsApp”da yeni funksiyaYaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunubSahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"Ləyaqətli və şərəfli ömür yolu - Xudayar SultanlıCəlilabadda yanğın olubAtmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilibŞirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildiBakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıbBu gün Azərbaycanın görkəmli simalarından olan Cavid Qurbanovun 62 yaşı tamam olur.