Düzgün idarəçilik hər kəsə başucalığı gətirir.

Düzgün idarəçilik hər kəsə başucalığı gətirir.
  • 9-08-2020, 01:14
  • 1 624 dəfə oxunub
Reklam

Son aylarda 5 rayon icra başçısının həbsi bütünlükdə digər məmurların da gördüyü yaxşı işi, yaxşı təcrübəni kölgə altına salmış oldu. Bizdə dəfələrlə bu mövzuya toxunaraq daim bu xarakterdə olan insanları tənqid etməklə onları həmdə birinci şəxsə təqdim edənləri diqqətli olmağa səsləmişik. Və açıq etiraf etmək lazımdır ki, iş o yerə çatıb ki, artıq idarəçilikdə regional idarəetməyə keçidin reallaşacağı gün uzaqda olmaması hiss edilməkdədir.

Sözsüz ki, hər kəsin fəaliyyəti bu gün göz önündədir. Hər bir məmura qiyməti isə zamanında verilir. Onu da qeyd edim ki, bu sistemdə həqiqətən səviyyəli, bacarıqlı, dövlətinə və Vətəninə sədaqətlə xidmət edən məmurlar da az deyil.

Bunlardan biri də Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovdur. Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Vasif İmanovu digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.

Uzun illər bir çox dövlət qurumlarında çalışan Vasif İmanov Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.Vasif müəllimin icra başçısı kimi 7 illik fəaliyyətinə nəzər salsaq rayonda ciddi layihələrə imza atmaqla, ölkə başçısının verdiyi tövsiyələrə əməl etməklə rayonun inkişafına da öz töhvəsini verməkdədir.Həqiqətən araşdırsaq bu 7 il müddətində saysız hesabsız layihələrin icra edildiyinin şahidi olarıq.

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir.Pirallahıda hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil adamlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Pirallahı rayon İcra hakimiyyətinin başçısı Vasif İmanov bu ada rayonunda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.

Bu yaxınlarda Müqəddəs Qurban bayramı münasibətilə Pirallahı rayonunda Heydər Əliyev fondunun təşəbbüsü ilə 300-ə yaxın aztəminatlı, əlil, ahıl və kimsəsiz ailəyə, o cümlədən məcburi köçkün və şəhid ailələrinə bayram sovqatı paylanıldı. Heydər Əliyev Fondu tərəfindən 184, Rayon İcra hakimiyyəti, 14 №-li Uşaq Musiqi Məktəbi, Pirallahı rayon kütləvi kitabxanası və V.Mustafazadə adına Mədəniyyət Mərkəzi tərəfindən isə 100 aztəminatlı ailəyə köməklik məqsədilə bayram sovqatı paylanıldı. Humanitar aksiya zamanı həmçinin rayon sakinləri ilə yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının zəruriliyi barədə maarifləndirmə işləri aparılmışdır.


Düzgün idarəçilik hər kəsə başucalığı gətirir.



Sakinlər daimi diqqət və qayğiya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Pirallahı rayon İcra hakimiyyətinin başçısı Vasif İmanov minnətdarlıqlarını bildirdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Pirallahı rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər keçirilməyə davam etdirilir.Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, mobil qruplar və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə rayon ərazisində reydlər keçirir.İcra başçısı xidmət heyətləri ilə marifləndirici söhbətlər apardı və pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah etdi. Həmçinin, sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin və sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair təbliğat-izahat və maarifləndirmə işləri aparıldı.


Düzgün idarəçilik hər kəsə başucalığı gətirir.


Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.
Bəs gəlin görək Vasif İmanovun Pirallahı rayonuna təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə sakinləri qane edir?

Birincisi, Vasif İmanov rayon üçün yeni kadr deyil, o Pirallahını tanıyan, regionun və region əhalisinin problemləri ilə tanış olan şəxsdir. Bu səbəbdən də o, idarə və strukturlarının rəhbərlərini tanımaq üçün aylarla vaxt itirməyib. Bu, o deməkdir ki, yolun yarısı qət olunub – birbaşa həllini gözləyən məsələlərin üstünə getmək, Pirallahı sakinlərini narahat edən problemləri həll etmək daha az vaxt alacaq.

İkincisi, Vasif İmanov işləyən, qurub-yaradan kadr kimi tanınır. Bu mənada onun digər vəzifələrdə gördüyü işləri, xatirlatmaq bəs edər.

Üçüncüsü, Başçı yerli əhalinin tanıdığı və hörmət etdiyi adamdır. Pirallahı əhalisinin böyük kəsiminin yerli cammat olmasını unutmaq olmaz. Vasif İmanov ötən illərdə bu əhalinin simpatiyasını qazana bilib. Bu isə başçıya yerli əhali ilə iki ampuluada dialoq qurmağa imkan verəcək: icra başçısı və “yaxşı insan” olan Vasif İmanov. Belə fonda işləmək, yerli problemləri həll etmək, regionun potensialını realizə etmək, beləliklə də dövlət başçısının təyinat zamanı qarşıya qoyduğu problemləri daha çevik həll etmək mümkündür.
Görünür, kadr seçimində bütün bu detallar dəyərləndirilib.

Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən təxirəsalınmaz tədbirlər, tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində aparılan tibbi-profilaktik dezinfeksiya işləri və tənha ahıl insanlara, aztəminatlı ailələrə göstərilən qayğıdan bəhs etməklə, rayonda bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Vasif İmanov çıxışında xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından irəli gələn məsələlərə toxunaraq, yeni qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılmasını bildirib.
Həmçinin rayonda koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, vətəndaşlar tərəfindən xüsusi karantin rejiminə riayət olunması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların daim diqqətdə saxlanılması, eyni zamanda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.Əhaliylə tez-tez onlayn qəbullar keçirən Vasif İmanov onların qeydinə qalaraq bir-başa videokonfranslarla rayonun dövlət qurumlarına tapşırıqlar verir.

Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Vasif İmanova və kollektivinə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq uğurlar arzu edirik !



Düzgün idarəçilik hər kəsə başucalığı gətirir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Abdin Fərzəliyev :Ermənistan soyqırımı törədən və terrorçuluğu dəstəkləyən dövlətdirSəhlab Bağırov : Ermənistanın həyata keçirdiyi bu hərbi cinayətə dünya laqeyd qalmamalıdırVüqar Quliyev : Azərbaycanda birliyin, vətənpərvərliyin və qalibiyyət ruhunun təntənəsiRuslan Əliyev : Ermənilərin vəhşilikləri insanlığa qarşı ən ağır cinayətlərdirAzərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstək