Səmimi insan və öz işinin öhdəsindən layiqincə gələn sədr - Saleh Məmmədov

Səmimi insan və öz işinin öhdəsindən layiqincə gələn sədr - Saleh Məmmədov
  • 9-08-2020, 01:43
  • 1 570 dəfə oxunub
Reklam


"Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir."

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Ölkə KIV-lərində Saleh Məmmədov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər. Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Xezerpress.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovdur


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Saleh Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Saleh Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Heç bir qüvvə Saleh Məmmədovu heç vaxt əqidəsindən döndərə bilməz.

Saleh Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Saleh Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Saleh Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Saleh Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Saleh Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Avtomobil Yolları Dövlət Agentliyinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Saleh Məmmədov özünü doğruldub. Bizdə hörmətli Saleh Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Səmimi insan və öz işinin öhdəsindən layiqincə gələn sədr - Saleh Məmmədov

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: