Bu yolda 2 avtobus üz-üzə gələndə tıxac yaranır

Bu yolda 2 avtobus üz-üzə gələndə tıxac yaranır
  • 11-08-2020, 00:39
  • 1 442 dəfə oxunub
Reklam

Xətai rayonu, Seyid Əzim Şirvani 2A küçəsində aparılan təmir işləri nəticəsində əvvəl daha geniş olan yollar “cib”lər vasitəsilə daraldılıb. Bu isə nəqliyyatın hərəkətində çətinlik yaradır. Sürücülərlə yanaşı ərazidə yaşayan sakinlər də yaradılan vəziyyətdən narazıdırlar.

Sürücülər yeni quraşdırılan “cib”lərin qəza vəziyyəti üçün şərait yaratmasından, sıxlıqdan, gecələr işıq sisteminin olmamasından şikayətləniblər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”a açıqlamasında yolların təmiri zamanı səki çıxıntılarından istifadə edildiyini bildirib:

“Səki çıxıntılarının bir sıra üstün cəhəti var. Önəm verdiyimiz məsələ piyada təhlükəsizliyidir. Küçənin daha çox piyada, ictimai nəqliyyat yönümlü olmasına diqqət yetirilir. İnsanların gecə saatları ilə narahatlığına gəldikdə isə qeyd edim ki, işlər hələ tam yekunlaşmayıb. Söhbət səki çıxıntıları və müəyyən olunmuş yerlərdə işıqqaytarıcı elementlərin quraşdırılmasından gedir”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: