Şərəfli ömür yolu - Azərbaycan Dövlət Aqrar Universiteti

Şərəfli ömür yolu -  Azərbaycan Dövlət Aqrar Universiteti
  • 14-08-2020, 00:00
  • 1 317 dəfə oxunub
Reklam

Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Azərbaycanda təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlamışdır. Ulu öndər Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət etmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur.

Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Hazırda Azərbaycanda məktəblərin 90 faizindən çoxu və universitetlərin hamısı kompyuter və digər informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı ilə təchiz edilmişdir. Ölkədə 15 mindən çox İKT üzrə treninq-kursdan keçmiş müəllim vardır. Artıq respublikada 20 şagirdə bir kompyuter nisbəti həll edilmişdir.

Müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində də ümummilli lider Heydər Əliyev ənənələri uğurla davam etdirilir. Həm onların peşə bayramları günündə, həm də yeni dərs ilinin başlanması münasibətilə müəllimlər dövlətin yüksək qayğısını görürlər. Bu sırada orta, orta ixtisas və ali məktəblərin yubileylərinin qeyd edilməsi kimi stimulverici məqamlar da vardır.

Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov belə insanlardandır.
Yeganə insandır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

İbrahim müəllim söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Mümkün və sona qədər səhv yol tutan birini başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onların rəy və təklifləri dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətinin qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır. Bu tədbirlərlə yanaşı, rektorun göstərişi ilə fakültələrdə “Rektora məktub” qutuları qoyulub. Tələbələr, eləcə də müəllimlər və digər əməkdaşlar öz rəy və təkliflərini bu qutular vasitəsilə də rektora ünvanlaya bilərlər.

Respublikamızın hər yerində olduğu kimi, Gəncədə də, Azərbaycan Dövlət Aqrar Universitetində xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur. Karantin rejimi müddətində isə tələbələrin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” devizi ilə onlayn dərslər keçirilib. Bütün ixtisaslar daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.

İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutda tələbə olub, "Bitki mühafizəsi" fakültəsini bitirib. 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.

13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib.

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.

İbrahim Cəfərov 25 iyul 2013 tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin olunmuşdur. İbrahim Cəfərov bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi.

3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir. Bu əsərlərdən 43-ü xaricdə, 13-ü Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap edilmişdir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 2-dir.

2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitunun nəzdində fəaliyyət göstərən FD 04.012 Müdafiə Şurasının həmsədri, və sədr müavinidır.
2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.04.131 dissertasiya şurasının sədridir.
2016-cı ildən Qazaxstan Milli Aqrar Universitetinin fəxri professorudur

Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Son günlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və onun rəhbərliyinin fəaliyyətinin gözdən salınması, nüfuzuna xələl gətirilməsi məqsədilə böhtan xarakterli silsilə yazılar verilmişdir. Bununla əlaqədar bildiririk ki, verilmiş yazılar həqiqəti əks etdirmir, real faktlara əsaslanmır.
Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən İbrahim Cəfərovun bir neçə vaxtdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən İbrahim Cəfərovu qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, İbrahim Cəfərov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edir. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

İqtisad.org olaraq bəzilərinin diqqətinə çatdırırıq ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun bizim müdafiəmizə ehtiyacı yoxdur.
"Bizim rektor əsl şəxsiyyətdir! Var olun, hörmətli rektorumuz İbrahim Cəfərov !"Bu başlıq facebook səhifəsinə ADAU-nun tələbəsi tərəfindən qoyulmuş bir yazıdan götürülmüşdür. Sosial şəbəkələrdə bu təhsil ocağının tələbələri demək olar ki, hər gün öz sevimli rektorları barədə ürək sözlərini yazmaqdadırlar. Tələbələr kimi valideynlər isə öz növbəsində uşaqlarının ADAU-da təhsil almalarından qürur duyduqlarını və çox məmnun olduqlarını hər zaman diqqətə çatdırıblar. Keyfiyyətli tədris, şəffaflıq, tələbələrə qarşı qayğıkeş münasibətdən razılıqlarını ifadə ediblər.

İbrahim Cəfərovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Aqrar Universitetində daim müəllimlərin və tələbələrin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında İbrahim müəllimin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində İbrahim müəllimə və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: