Neftçalada çətənə bitkisi yetişdirən daha bir şəxs saxlanılıb

Neftçalada çətənə bitkisi yetişdirən daha bir şəxs saxlanılıb
  • 18-08-2020, 00:56
  • 1 075 dəfə oxunub
Reklam

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Xıllı qəsəbə sakini Elmir Həmzəyev saxlanılıb.

E.Həmzəyevin qəsəbə ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 57 kiloqrama yaxın olan 40 ədəd çətənə kolu, eləcə də 1 kiloqram 800 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: