Külək turbinlərinin tikiləcəyi ərazilərdə 6 ölçü stansiyası quraşdırılıb

Külək turbinlərinin tikiləcəyi ərazilərdə 6 ölçü stansiyası quraşdırılıb
  • 21-08-2020, 02:40
  • 974 dəfə oxunub
Reklam

Energetika Nazirliyinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə imzaladığı İcra Müqaviləsinə uyğun olaraq, 240 MVt gücündə külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb.

Nazirlikdən verilən məlumata görə, stansiyaların 3-ü Xızıda, 3-ü isə Abşeron rayonu ərazisində quraşdırılıb. Hürdürlüyü 100 metr olan bu stansiyalar vasitəsilə 9-12 ay ərzində külək ölçmələri həyata keçiriləcək və nəticəyə əsasən turbinlərin optimal yerləşməsi müəyyən ediləcək.

Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Sitalçay kəndlərinin dağlıq hissəsində hər biri 6 MVt gücdə olan 40 ədəd külək turbin qurğusunun tikilməsi nəzərdə tutulur. Külək Elektrik Stansiyasının Pirəkəşküldə olan hissəsində ümumi gücü 102 meqavat olmaqla 17 külək turbini, digər hissədə - Xızı rayonunun Sitalçay kəndinin yaxınlığında yerləşən dağlıq ərazidə isə ümumi gücü 138 MVt olan 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.

Külək Elektrik Stansiyası üçün müəyyənləşdirilmiş ərazilərdə topoqrafiya işləri və mühəndis-geoloji tədqiqatlar başa çatdırılıb. Ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar isə davam etdirilir.

Gücü 200 MVt olan günəş elektrik stansiyası isə Qaradağ və Abşeron rayonları ərazisində inşa olunacaq. Layihə üçün ayrılmış ərazilərdə ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı sorğuların və tədqiqatların aparılmasına hazırlıq gedir.

Xatırladaq ki, 05 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. 2020-ci ilin 9 yanvar tarixində isə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcəkƏhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun tikintisi davam edirQarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldüAlimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıbAzərbaycanda erməni terrorçu barədə qiyabi həbs qətimkan tədbiri seçildiAlmaniyada hidrogen qatarının sınaqları keçiriləcəkAzərbaycan tibbi maska ixracına hazırlaşırErmənistan yolayrıcında: Yeni baş nazir kim olsun?Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri qayıdıbPutindən Qarabağla bağlı yeni açıqlamaISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edibDini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblərErmənistanda daha bir nazir istefaya göndərilirŞəhid polkovnik dəfn olunubPrezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdiSaatlıda koronavirus xəstəsinə cinayət işi başlanıldıMilli Məclisin daha bir deputatı koronavirusa yoluxubŞuşa şəhərinin havadan görüntüsüİşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıbAzıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilibEvdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı"