Eldar Yunusov :Xalqa xidmət nümunəsi - Mehriban xanım Əliyeva

Eldar Yunusov :Xalqa xidmət nümunəsi - Mehriban xanım Əliyeva
  • 26-08-2020, 00:29
  • 902 dəfə oxunub
Reklam

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov: "Azərbaycanı beynəlxalq aləmdə müdrikliklə təbliğ edən, siyasəti bəşəri dəyərlərlə zənginləşdirən, humanizm simvolu olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün dünya azərbaycanlılarının fəxri və sevincidir. Azərbaycanın birinci ledisi xalqının xoşbəxt gələcəyinə, firavanlığına, tərəqqisinə xidmət edir, ölkənin bütün sahələrdə inkişafına çalışır, gələcəyi üçün bütün gücünü səfərbər edib.Bu gün ölkənin birinci xanımı Mehriban Əliyevanın ad günüdür. Mehriban xanım Əliyeva vitse – prezident təyin olunduqdan sonra ölkədə idarəçiliyin fəlsəfəsi dəyişdi, institusionallıq gücləndi. Xanım Əliyeva kifayət qədər intellektual şəxsiyyət olduğundan idarəçilik mühitinin rasionallığına töhfələr verdi. “Uğur formulu”nun bütün meyarlarını onun şəxsiyyətinin portretinə əlavə etmək olar."

Azərbaycanın birinci ledisinin istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı onun daxili dünyasının zənginliyi, varlığı, uzaqq elmi təfəkkürünün aliliyindən xəbər verir. Bakının müxtəlif humanitar, mədəniyyətlərarası və dinlərarası sammitlərin keçirildiyi məkana çevrilməsində M.Əliyevanın böyük rolu və zəhməti danılmazdır.


Eldar Yunusov :Xalqa xidmət nümunəsi - Mehriban xanım Əliyeva


Bu gün müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən və inkişaf etdirən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan xeyriyyəçilik institutunun rəhbəri isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

Məktəblərin təmiri, yeni tədris mərkəzlərinin tikintisi, mədəni abidələrimizin, tariximizin qorunub saxlanması üçün H.Əliyev Fondunun rolu əvəzsizdir.
Bütün fəaliyyətini xeyirxah işlərə, elmin, mədəniyyətin, təhsilin inkişafına, uşaqların problemlərinin həllinə yönəldən yüksək intellekti, müasir dünyagörüşü, ən əsası incə təbiəti, həssas qəlbi olan bu insan ölkəmizin birinci xanımı Mehriban Əliyevadır.


Eldar Yunusov :Xalqa xidmət nümunəsi - Mehriban xanım Əliyeva


YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Ulu öndərimizin əsasını qoyduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Ölkəmizin inkişafında təhsilin misilsiz əhəmiyyəti olduğunu nəzərə alan Heydər Əliyev Fondu bir neçə iri miqyaslı layihələr hazırlayaraq həyata keçirmişdir. Bu baxımdan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı xüsusi əhəmiyyət kəsb edir. Müəllifi Mehriban xanım Əliyevanın olduğu bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin qaldırılması əsas məsələlər sırasındadır. Təkcə 2005-2007-ci illərdə 60-dan çox rayonda 200 məktəb binası tikilmişdir. Respublikada uşaq evlərinin və internatların əsaslı şəkildə yenidən qurulmasına dair "Uşaq evlərinin və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində 29 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, əlavə yardımçı binalar tikilmiş, təzə avadanlıqlarla təmin olunmuşdur. Son illərə qədər ölkəmizin bütün regionlarında təhsil sistemindəki əsas problemlər Mehriban xanımın qayğısı və diqqəti nəticəsində artıq öz həllini tapmışdır. Ümumiyyətlə, belə bir münasibət ölkəmizin pedaqoji kollektivlərini, bütün müəllimləri, tərbiyəçiləri saf əqidəli, dərin bilikli, geniş dünyagörüşlü, ən başlıcası Vətənini alovlu məhəbbətlə sevən uşaqların və gənclərin tərbiyə edilməsinə səfərbər edir.

Eldar Yunusov :Xalqa xidmət nümunəsi - Mehriban xanım Əliyeva



Heydər Əliyev Fondunun uşaqların problemləri ilə belə yüksək səviyyədə məşğul olması, bu sahədə səmərəli fəaliyyət göstərməsi çox xeyirxah və şərəfli bir işdir. Çünki uşaqların həyatına diqqət ölkənin gələcəyi ilə məşğul olmaq deməkdir.

Sağlam düşüncə - Bu, uğur qazanmaq üçün əsas faktorlardan biridir. İnsan bəzən bu keyfiyyətlə dünyaya gəlir. Onun ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına verdiyi töhfələr sağlam düşüncənin məhsuludur. Dünyanın tanınmış simalarının böyük əksəriyyəti bu sahələrin inkişafında əllərindən gələni əsirgəmirlər. Mehriban xanımın bu istiqamətdə gördüyü işlər nümunəvi xarakter daşıyır.

İşini bilmək - Mehriban xanım Əliyevanın Heydər Əliyev Mərkəzinin təşkili və idarə olunmasında əvəzsiz xidmətləri var. Bu Mərkəzin həyata keçirdyi layihələr ölkədə davamlı inkişafa öz töhfəsini verib və verəcək. Onun irəli sürdüyü ideyalar intuisiyasına söykənir, parlaq gələcəyə zəmin yaradır. Xanım Əliyevanın sağlam düşüncəsi və yüksək intellekti öz gücünə inamını artırır.

İşi sona qədər yerinə yetirmək bacarığı - Bu çox mühüm keyfiyyətdir. O, hansı layihəyə imza atıbsa onu uğurla başa çatdırıb. Hesab edirəm ki, ölkəmizin gələcək inkişafı naminə belə layihələrin sayı daha da artacaq. Mehriban xanım tərəfindən irəli sürülən ideyaların zamanında gerçəkləşməsi onun möhkəm xarakteri ilə bağlıdır.

İdarəetmək bacarığı - Dahi alman filosofu İmmanuil Kant idaretmə sənətini ən çətin sənət kimi önə çəkirdi. Bu qabiliyyət bir-birini yüksək dəqiqliklə tamamlayan sadaladığım keyfiyyətlərin məcmusudur.

Yaradıcı potensial - Mehriban Əliyevanın yaradıcı potensialı çox güclüdür. Onun gördüyü işlər yaradıcılıq, quruculuq nümunələridir, yeniliklərlə zəngindir. Görülən işlərdə mədəniyyət və tolerantlıq elementləri parlaq şəkildə özünü biruzə verir.

İnsanlara münasibət - İnsanlara münasibətdə səmimilik faktoru çox önəmlidir. Onun səmimiyyəti əvəzsizdir. Bizlər bunu əyani şəkildə görmüşük. Səmimiyyət Xanım Əliyevanın mənsub olduğu nəslə xas olan əsas keyfiyyət olduğundan bunu irsi də adlandırmaq olar.

Müdriklik - Bu keyfiyyət xüsusi bilik və təcrübə tələb edir. Mehriban Əliyevanın nitqləri, gördüyü əməli işlər onun müdriklik zirvəsini fəth etməsinə sübutdur. Buna sahib olanlar təkcə öyrətmirlər, idarəetmə və rəhbərlik qabiliyyəti ilə də seçilirlər. Hər yeni ideya üfüqdə dan ulduzu kimi parlayır

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbərliyi və bütün kollektivi adından doğum günü münasibətilə Mehriban xanım Əliyevanı təbrik edirik, möhkəm cansağlığı uzun ömür arzu edirik!




Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: