Britaniyaya miqrant axını rekord həddə çatıb

Britaniyaya miqrant axını rekord həddə çatıb
  • 3-09-2020, 12:48
  • 393 dəfə oxunub
Reklam

Böyük Britaniya sahillərinə bir gün ərzində rekord sayda miqrant gəlib.

Bu barədə "The Guardian"a istinadən xəbər veririk.

Məlumata görə, ötən gün kiçik qayıqlarda minimum 409 nəfər Britaniya sahillərinə çatıb. Yüzlərlə miqrant suda saxlanılıb, qalanları çimərliklərə enməyə müvəffəq olublar.

Bununla bağlı əvvəlki rekord avqustun 6-da qeydə alınıb, həmin gün ölkəyə 235 insan gəlib.

Nəşr qeyd edib ki, 2020-ci ildə Böyük Britaniyaya dəniz vasitəsilə ümumilikdə 5 600 miqrant gəlib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: