Səttar Möhbalıyevə qarşı yazılanlanlar şər və böhtandır.

Səttar Möhbalıyevə  qarşı yazılanlanlar şər və böhtandır.
  • 11-09-2020, 00:00
  • 190 dəfə oxunub
Reklam

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkili Səttar Suliddin oğlu Möhbalıyev haqqında heç bir fakta əsaslanmayan, şər, böhtan yazılar gedir. Guya ki Səttar Möhbalıyevin Antalyada villaları var və qudası Əli Həsənovla birgə orada istirahət edir. Əsassız olaraq bildirilir ki, guya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan krort səhimdar cəmiyyətində yoxlamalar gedir. Bildiririk ki, heç bir fakta əsaslanmayan, məqalədə qeyd edildiyi kimi “sosial şəbəkələrdə gedən müzakirələrdə və mətbuatda yayılan informasiyalardan belə nəticəyə gəlmək olur” kimi yalnız fərziyyələr əsasında yazılmış məqalə həqiqəti əks etdirmir, böhtan və şantaj xarakterlidir. "İqtisad.Org" müstəqil xəbər portalı olaraq birbaşa çox hörmətli, cənab Səttar Möhbalıyevlə əlaqə saxladıq. O öz işinin başındadır. İşdə heç bir yoxlama və yaxud əksiklik yoxdur. Bütün bunları xarici qrantlar hesabına yaşamağa öyrənmiş, ölkəmizdə olan sabitliyi hər cəhdlə pozmağa çalışan, respublikamızın bu günki iqtisadi inkişafını gözü götürməyən, qara yaxmağa öyrənmiş qüvvələrin işi hesab edir və belə halları qətiyyətlə pisləyirik.Jurnalistika haqqında qanunun tələblərini pozaraq müvafiq araşdırma aparmadan, özlərinə sərf etdiyi kimi, yalnız reytinq qazanmaq, maddi durumunu yaxşılaşdırmaq xətrinə bu kimi məqalələrin elektron informasiya vasitələrində verilməsinə qətiyyətlə etiraz edirik.


Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Səttar Möhbalıyev , radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxır. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Səttar Möhbalıyevə qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilməsinə onu tanıyan, gördüyü işləri tam yaxından bilən heç bir şəxs inanmır. Bu şəxslər birdəfəlik bilməlidirlər ki, Səttar Möhbalıyev dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edir. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

"İqtisad.Org" xəbər portalı olaraq Səttar Möhbalıyevə işlərində hər zaman uğurlar arzu edir və belə əsassız, faktsız şər və böhtanların ona heç bir təsir etməyəcəyinə əminliklə inanırıq.


Səttar Möhbalıyevə  qarşı yazılanlanlar şər və böhtandır.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: