Prezident xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edib

Prezident xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edib
  • 16-09-2020, 00:02
  • 8 dəfə oxunub
Reklam

"Xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin".

Bu sözləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında söyləyib.

Dövlət başçısı deyib: “Mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çıya ömürlük cəza verildiYüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandıNeftçalanın içməli su problemi noyabrda həll olunacaqŞirkət rəhbəri 2,5 milyonluq dələduzluğa görə həbs edildiAleksey Navalnının yeri bilinmirBakıda ağaclar quruyur, İşçi Qrup yaradıldıMehmanxanalarda reydlər davam etdirilirYaxın günlərdə güclü maqnit fırtınası olacaqBir ili 3,14 sutkaya bərabər olan planet tapılıb"BakuBus" yarım milyon manatlıq geyim alırPrezident: "Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq"Konstitusiya Məhkəməsi bələdiyyə torpaqları ilə bağlı qərar verdiMəktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?“WhatsApp”da yeni funksiyaYaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunubSahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"Ləyaqətli və şərəfli ömür yolu - Xudayar SultanlıCəlilabadda yanğın olubAtmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilibŞirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildiBakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıbBu gün Azərbaycanın görkəmli simalarından olan Cavid Qurbanovun 62 yaşı tamam olur.