Qobunu su ilə təmin edəcək yeni anbarların tikintisi yekunlaşır

Qobunu su ilə təmin edəcək yeni anbarların tikintisi yekunlaşır
  • 15-09-2020, 00:04
  • 75 dəfə oxunub
Reklam

Abşeron rayonunun Qobu qəsəbəsinin və ətraf yaşayış massivlərinin, eləcə də Qobu Park Məcburi köçkün şəhərciyinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə yeni anbarların tikintisi yekunlaşmaq üzrədir.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, Qobu qəsəbəsinin böyük bir hissəsində içməli su şəbəkəsi yaradılsa da paylayıcı anbar olmadığından qəsəbəyə verilən suyun tənzimlənməsində çətinliklər yaranırdı. Bunlar nəzərə alınaraq Qobu qəsəbəsində relyef baxımından yüksək ərazidə ümumi tutumu 10 min kubmetr olan 4 su anbarının inşası layihələndirilib. İlkin mərhələdə hər birinin tutumu 2,5 min kubmetr olan 2 anbar inşa edilib. Hazırda həmin anbarlarda son tamamlama işləri aparılır. Növbəti mərhələdə ümumi tutumu 5 min kubmetr olan daha 2 anbarın inşası nəzərdə tutulur.

Yeni tikilən anbarlar Oğuz-Qəbələ-Bakı magistral su kəmərindən ayrılan 280 mm diametrli xətdən qidalanacaq. Bu xətdə suyun təzyiqi yüksək olduğundan məcburi köçkünlərin yaşadığı Qobu Park yaşayış massivini qidalandıran magistral kəmər üzərində hər birinin tutumu 50 kubmetr olan tənzimləyici çənlər də inşa edilib. Yeni yaradılan su təchizatı sistemləri Qobu qəsəbəsi və Qobu Park yaşayış kompleksinin paylayıcı su şəbəkələrində sabit hidravlik rejimləri təmin etməklə əhalinin içməli su təminatında dayanıqlığa imkan verəcək.

Qeyd edək ki, cari ilin may ayında Qobu Park yaşayış kompleksinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 225 mm diametrli borularla 5,4 km uzunluğunda magistral su kəməri çəkilərək yaşayış kompleksinin anbarlarına birləşdirilib. Bununla da kompleksə Kür-Bakı magistral su kəməri ilə yanaşı, Oğuz-Qəbələ-Bakı su xətti hesabına içməli suyun verilməsi təmin olunub.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edibMillimizin oyununa türk hakim təyinat aldıQazi Sahil Həsənli yüksək texnologiyalı protezlə təmin ediləcəkƏrdoğan: "Biz boynunda əsarət zənciri gəzdirəcək millət deyilik"Hacıqabulda yeni məktəb tikiləcək - SƏRƏNCAMSPrezident Hacıqabulda yol tikintisinə 5 milyon manat ayırdıBakıda xadimə işlədiyi evdən 45 min manat oğurladıBakıda taksi sürücüsünə qarşı quldurluq edənlərin məhkəməsi başlayırMilli Məclisin deputatı məcburi köçkünlərin qayıdışı məsələsini AŞPA-da qaldırıbOmbudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkibAzərbaycanın 5 rayonunda kənd yolları yenidən qurulurAzərbaycanın icmal büdcəsində 1 milyard manatdan çox qalıq yaranıbQusarda polis əməliyyat keçirdi, saxlanılan varATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı 1 günlük dayandırıldıZakir Həsənov hərbi liseyin bir qrup əməkdaşını mükafatlandırıbQazi və şəhid ailələrinə yardım mərkəzləri fəaliyyətə başlayıb - SİYAHIRüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulubPrezident Hacıqabul rayonuna səfərə gedibHəbs edilən icra başçısının məhkəməsi başlayırAğsuda əlillik dərəcəsi vədi ilə dələduzluq edən şəxs saxlanıldıAzərbaycanın kimyaçı alimi vəfat edibHəyətində narkotik becərən şəxs saxlanıldı