İşinin peşəkarı və saf əqidəli insan - İslam İsmayılov

İşinin peşəkarı və saf əqidəli insan - İslam İsmayılov
  • 15-09-2020, 00:00
  • 217 dəfə oxunub
Reklam

Bu cansıxıcı pandemiya dövründə insanlığın birliyini gördü dünya. Biz də bu dünyanın bir parçasıyıq və orada baş verən nə varsa, biz də yaşayırıq. Bu zamanın ən unudulmaz, zəhməti danılmaz, gecəsini-gündüzünə qatıb xalqının yanında olan, yenə də onu qoruyan məhz polis oldu – hətta pandemiyadan da…

Nədənsə, sanki, bu dəfə polis yerini dəyişib “yumşaq güc” rolunu oynayan, maarifləndirici və xidmət strukturuna çevrilmişdi. Bir düşünün, televiziyalardakı qorxu və həyəcan hücumuna polis də qoşulsa idi, nə qədər böyük stress yaşayardıq?! Onlar isə sadəcə, sakitlik rəmzi oldular! Həqiqətən, sakitlik, nəzakət, səbr və təmkin rəmzi! Yaşından asılı olmayaraq bütün insanlara göstərdikləri nəzakət, səbr və təmkin, hörmət və ehtiram alqışa layiqdir.

Bu 6 aya yaxın müddətdə istər Daxili Qoşunların, istər Çevik Polis Alayının, istər Dövlət Yol Polisi İdarəsinin, istərsə də İctimai Təhlükəsizlik İdarəsinin fəaliyyəti adama ASAN xidmətin fəaliyyətini xatırladırdı. Çünki möhtəşəm və səliqəli xidmət görürdük.

Ölkə əhəmiyyətli bu hadisədə mən onu da sezdim ki, polisin fədakar fəalliyyəti, nümunəvi davranışları birmənalı şəkildə Prezidentin fəaliyyətinə ciddi dəstək oldu. Çünki Cənab Prezidentin məmurlara üz tutaraq, vətandaşlarla doğru-düzgün rəftaretmə çağırışına səs verən ən yaxşı qurum oldu Daxili İşlər Nazirliyinin əməkdaşları.

Bildiyiniz kimi Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, bu ilin iyununda polis kapitanı İslam İsmayılov Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi təyin edilib.İslam İsmayılov Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi təyin olunandan sonra adıçəkilən şöbədə xeyli irəliləyişlər baş verib,abu-hava müsbətə doğru dəyişib. İslam İsmayılov az bir müddət rəis vəzifəsində çalışmağına baxmayaraq şöbədə vətəndaşlara edilən xidmətin səviyyəsi yüksəlib.Vətəndaşlar əvvəlki dövrlərdən fərqli olaraq artıq onlara göstərilən xidmətdən,qanunlara ciddi olaraq riayət olmasından razı qalırlar.Bütün bunlarda, rəhbərlik tərəfindən böyük etimad göstərilən və bu etimadı doğruldan İslam İsmayılovun böyük xitməti vardır.

Başda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov olmaqla Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun da etimadını hər zaman doğruldan İslam İsmayılov ona tapşırılan və qarşıya qoyulan bütün məsələlərdə öz məsuliyyətini və gərgin əməyini göstərmişdir.

İslam İsmayılov adı, Xaçmaz ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

İslam İsmayılov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!


Prezident İlham Əliyevdən nümunə götürənİslam İsmayılovun böyüklüyü onun sadəliyində və cəmiyyətə insani münasibətindədi!

İslam İsmayılov cəmiyyətə maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İslam İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Heç bir qüvvə İslam müəllim heç vaxt əqidəsindən döndərə bilməz.


Biz də "İqtisad.Org" xəbər portalı olaraq Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi İslam İsmayılova dövlətimizə şərəfli və humanist xidmətində yeni-yeni uğurlar və başarılar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: