Baba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edir

Baba Rzayevin rəhbərliyi ilə
  • 15-09-2020, 23:55
  • 94 dəfə oxunub
Reklam

Azərbaycanda elektrik enerjisi istehsalı hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlansa da, uzun illər ərzində bu sahədə inkişaf ləng getmişdir.

1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu

Azərbaycanın nəinki qonşu ölkələrə, eləcə də bir sıra nüfuzlu Avropa ölkələrinə elektrik enerjisi ixrac etməsini, habelə “Azərenerji” ASC-nin Avropa miqyasında keçirilən tenderlərin qalibi olması ölkədə enerji təminatının əsaslı şəkildə yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası və bir-başa ixrac gəlirlərinin artmasına mühüm yol açır. Təbii ki bu işlər Prezidentimiz cənab İlham Əliyevin tapşırıqları və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin göstərişləri, bu işlərə yorulmadan məsuliyyətlə yanaşmasının hesabına ərsəyə gəlir.

İstehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, infrastrukturun müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiq edilməsi bir-başa Baba Rzayevin və onun çevik kollektivinin sayəsində başa gəlib. “Azərişıq” ASC-nə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş aparılır. Son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idxalçıdan ixracatçıya çevrilib, Bakı şəhərinin və regionların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatındakı fasilələr aradan qalxıb.

Ölkədə enerji təminatının əsaslı şəkildə yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası baxımından mühüm işlər görülüb. Lakin bildiyimiz kimi elektroenergetika sektorunun daim inkişaf edən sahə olması, əhalinin artım tempini, sənayeləşmə prosesini nəzərə alaraq sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi və onun vaxtında qarşılanması Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev konkret vəzifə olaraq qarşısına qoyub.

Doğrudan da, insan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləkinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur. Baba müəllimin həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq. İstənilən bir məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmaq lazımdır. İradə elə bir keyfiyyətdir ki, o istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə xırda maraqlar, mənasız istəklər üzərində qələbədir. Baba Rzayev məhz öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi sayəsində öz işlərini hər zaman tərifəlayiq gördü. Adətən rəhbər vəzifələrdə işləyənlərlə bağlı "Yaxşı adam" ifadəsi çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə olardı. Ancaq xalq seçim edəndə yanılmır. Baba Rzayev heç bir təqdimatsız, heç bir mübaliğəsiz və nəhayət heç bir tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad qazanıb və bu adı zaman-zaman qoruyub saxlayır. Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər də asan deyil.

Baba Hüseynağa oğlu Rzayev 10 iyun 1957-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində fəhlə ailəsində anadan olub.2015-2018-ci illərdə "Azərişıq” ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olunub. 2015-ci ildə "Azərişıq" ASC təhvil alınarkən texniki itkilər 15-20 faiz olduğu halda, 2018-ci ildə 8-10 faizə endirilib.Azərbacan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə B.Rzayev "Azərenerji” ASC-nin prezidenti təyin edilib.

Baba Rzayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi,energetika, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Baba Rzayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Baba Rzayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Baba Rzayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Öz zəngin və səmərəli işi ilə ilk gündən xalqımızın dərin hörmətini və rəğbətini qazanmış Baba müəllimin gördüyü işlərdən çox danışmaq, çox yazmaq olar. Buna o qədər də ehtiyac yoxdur. Azərbaycana gələnlər və ölkə vətəndaşları bunun əyani şahidi olur, reallıq olduğunu görürlər. Bir şeyi də qeyd edim ki, Baba Rzayevin nə mənim, nə də başqalarının tərifinə ehtiyacı yoxdur. Sadəcə olaraq onun gördüyü bütün işlər özlüyündə tərifə layiqdir.

Prezident İlham Əliyev Baba Rzayevin gördüyü işləri hər zaman rəğbətlə qarşılayıb və dəyərləndirib.
Baba Rzayev Ölkə başçısının 10 avqust 2016-cı il tarixli sərəncamı ilə «Əməkdar mühəndis» adına , 2017-ci ilin yanvar ayında MDB üzv ölkələri Elektroenergetika Şurasının Qərarı ilə “MDB-nin Əməkdar energetiki” fəxri adına layiq görülmüşdür.Azərbaycan Prezidentinin 9 iyun 2017-ci il tarixli sərəncamı ilə ölkənin energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” orden ilə təltif olunub.

Biz inanırıq ki, başda Baba Rzayev olmaqla ölkə energetikləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə və ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışıb çalışacaq, onun layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.

"İqtisad.Org" müstəqil xəbər portalı olaraq Baba Rzayevə və kollektivinə gördükləri bu məsuliyyətli işdə uğur və nəaliyyətlər diləyirik !

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: