Səfir İran vasitəsilə Ermənistana silah tədarükünə münasibət bildirib

Səfir İran vasitəsilə Ermənistana silah tədarükünə münasibət bildirib
  • 16-09-2020, 02:11
  • 9 dəfə oxunub
Reklam

“Bölgə məsələləri üzrə mövqeyimiz aydındır. Azərbaycanla əlaqələrimizin inkişafı üçün heç bir maneə yoxdur. Eyni zamanda Ermənistanla da adi qonşuluq münasibətlərimiz var”.
Bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında jurnalistlərin Rusiyanın Ermənistana İran ərazisindən silah tədarükü barədə sualını cavablandırarkən deyib.
“İran heç vaxt qonşu, dost və müsəlman Azərbaycana qarşı arxadan hansısa iş görülməsinə yol verməz. Şəxsən özüm İranda bu məsələni araşdırdım. İran üzərindən Ermənistana Azərbaycana qarşı tədarükü inkar edirik. Bizə deyildiyi kimi və Rusiya Müdafiə nazirinin dediyi kimi, bəzi inşaat materialları olub”, - səfir söyləyib.
“Azərbaycan-İran münasibətləri dünən formalaşmayıb ki, onları hansısa dezinformasiya ilə korlamaq mümkün olsun. Bu cür təhrikedici məlumatlara qarşı son dərəcə ehtiyatlı olmaq lazımdır”, - səfir əlavə edib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çıya ömürlük cəza verildiYüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandıNeftçalanın içməli su problemi noyabrda həll olunacaqŞirkət rəhbəri 2,5 milyonluq dələduzluğa görə həbs edildiAleksey Navalnının yeri bilinmirBakıda ağaclar quruyur, İşçi Qrup yaradıldıMehmanxanalarda reydlər davam etdirilirYaxın günlərdə güclü maqnit fırtınası olacaqBir ili 3,14 sutkaya bərabər olan planet tapılıb"BakuBus" yarım milyon manatlıq geyim alırPrezident: "Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq"Konstitusiya Məhkəməsi bələdiyyə torpaqları ilə bağlı qərar verdiMəktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?“WhatsApp”da yeni funksiyaYaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunubSahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"Ləyaqətli və şərəfli ömür yolu - Xudayar SultanlıCəlilabadda yanğın olubAtmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilibŞirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildiBakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıbBu gün Azərbaycanın görkəmli simalarından olan Cavid Qurbanovun 62 yaşı tamam olur.