Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi niyə iki illik bağlanacaq?

Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi niyə iki illik bağlanacaq?
  • 16-09-2020, 02:12
  • 8 dəfə oxunub
Reklam

Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələrlə iş departamentinin direktoru Hacı Əliyev dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə həyata keçiriləcək yeni layihə ilə bağlı mətbuat konfransında həmin obyektlərdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlamasının nəzərdə tutan layihə həyata keçirləcəyini açıqlayıb.
Bəs layihənin məqsədi və mahiyyəti nədir?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Dövlət Məşğulluq Agentliyi bu layihə ilə dönərxanaları sağlamlaşdırmaq və orada əmək münasibətlərini tənzimləmək istəyir:
“Bizdə dönərxanalarda sanitar-gigiyenik vəziyyət də standartlara uyğun deyil. İndiki halda şəxsən mənim dönərxanalara etibarım yoxdur, çünki nəzarət yaxşı deyil. Layihə reallaşarsa, həm dönərxanaların vəziyyəti düzələcək, həm də orda çalışan insanlar əmək müqaviləsi ilə işləyəcək. Belə demək mümkünsə, bir layihə ilə iki işi birdən görəcəklər. İdeyanı bəyənirəm, ümid edirəm Dövlət Məşğulluq Agentliyi bunu yaxşı həyata keçirəcək”.
Qeyd edək ki, layihənin icra müddəti 2020-2021-ci illəri əhatə edəcək. Layihə üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövrü yoxlamaların aparılması kimi tədbirlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcək.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çıya ömürlük cəza verildiYüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandıNeftçalanın içməli su problemi noyabrda həll olunacaqŞirkət rəhbəri 2,5 milyonluq dələduzluğa görə həbs edildiAleksey Navalnının yeri bilinmirBakıda ağaclar quruyur, İşçi Qrup yaradıldıMehmanxanalarda reydlər davam etdirilirYaxın günlərdə güclü maqnit fırtınası olacaqBir ili 3,14 sutkaya bərabər olan planet tapılıb"BakuBus" yarım milyon manatlıq geyim alırPrezident: "Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq"Konstitusiya Məhkəməsi bələdiyyə torpaqları ilə bağlı qərar verdiMəktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?“WhatsApp”da yeni funksiyaYaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunubSahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"Ləyaqətli və şərəfli ömür yolu - Xudayar SultanlıCəlilabadda yanğın olubAtmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilibŞirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildiBakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıbBu gün Azərbaycanın görkəmli simalarından olan Cavid Qurbanovun 62 yaşı tamam olur.