Atmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilib

Atmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilib
  • 19-09-2020, 21:25
  • 488 dəfə oxunub
Reklam

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu gün sənayedə ekoloji təhlükəsizlik üzrə dünya standartlarına cavab verən beynəlxalq şirkətlərdən biri kimi tanınır".
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.
Onun sözlərinə görə, ekoloji fəaliyyətin əsas istiqamətləri “Ekoloji Siyasət” sənədində ətraflı əks olunub: “Azərbaycanın tərəfdaş olduğu beynəlxalq konvensiyaların tələblərinə və ölkə qanunvericiliyinə uyğun olaraq Şirkətin bütün fəaliyyət seqmentləri üzrə aparılan əməliyyatlar zamanı ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və yaranan ekoloji fəsadların aradan qaldırılması mütləq tələblər kimi qarşıya qoyulur. Sənəddə yeni fəaliyyət sahələrində ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi və ona neqativ təsirlərin minimuma endirilməsini təmin etmək məqsədi ilə “sıfır tullantı” prinsipinə əməl olunması mütləq şərt kimi müəyyənləşdirilib”.
R.Abdullayev bildirib ki, SOCAR-ın idarə və müəssisələrində ekoloji təhlükəsizliyi və ekosistemə mənfi təsirlərə operativ nəzarəti təmin etmək üçün dənizdə və quru ərazilərdəki istehsal sahələrində davamlı olaraq kompleks monitorinqlər aparılır: “2019-cu il ərzində ətraf mühitin mühafizəsi üzrə 56-sı quruda, 14-ü isə dənizdə yerləşən obyektlərdə olmaqla, ümumilikdə 70 belə monitorinq həyata keçirilib. Ekoloji effektivliyin yüksəldilməsi, yanacaq sərfiyyatının minimallaşdırılması məqsədi ilə bir sıra texnoloji sistemlərimizdə alternativ külək və günəş qurğularından istifadəni genişləndirməyə nail olmuşuq. Boru xətləri üzərində quraşdırılmış nəzarət-ölçü cihazlarının əksəriyyəti günəş enejisi ilə işləyir”.
SOCAR prezidenti vurğulayıb ki, bundan əlavə, inzibati binaların işıqlandırılması məqsədilə bir sıra müəssisələrdə külək qurğuları və günəş panellərindən istfadə olunur: “Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində 3,6 kVt/saat gücündə külək turbinləri, 15,4 kVt/saat gücündə günəş panelləri quraşdırılıb, 2019-cu ildə həmin qurğularda 636 kVt/saat enerji istehsal olunub. SOCAR 2008-ci ildən Dünya Bankının GGFR (“Global Gas Flaring Reduction”) – Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq Təşkilatının Rəhbər Komitəsinin üzvüdür”.
R.Abdullayevin sözlərinə görə, ötən müddətdə həyata keçirilmiş layihələr əsasında il ərzində atmosferə atılan 1 mlrd kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib: “Dünya Bankının Ekspert Şurası SOCAR tərəfindən hazırlanan bu layihələri iki dəfə ali mükafata layiq görüb. Sevindirici haldır ki, neft hasilatı zamanı səmt qazı emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezidentin köməkçisi: "20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin ayrılmaz hissəsidir"Yeni icra başçısı kollektivə təqdim olunubSəudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıbStrasburqda jurnalistlər Makrona etiraz əlaməti olaraq mətbuat konfransını tərk ediblərBayden Rusiyanı indiyə qədər görünməmiş sanksiyalarla hədələyibMehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edibQanlı 20 Yanvar faciəsindən 32 il ötürTeymur Musayev səhiyyə naziri təyin edilibDövlət qurumlarında işləyən daha bir qrup şəxsin maaşları artırılıb - QƏRARBaş Prokurorluq özbaşına tikinti işləri aparan şəxslərə xəbərdarlıq edibQubadlıda DSX-nin yeni qərargah bina­sı istifadəyə verilibXİN-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir başlayıbDİN Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edibSaytlara və qəzetlərə maliyyə dəstəyi ilə bağlı müsabiqənin nəticələri açıqlanıbAzərbaycan neftinin qiyməti 90 dolları keçib“Qara qızıl” 1 %-dən çox bahalaşıb"Azərsu" Müştəri İnformasiya Sistemləri proqramının tətbiqini yekunlaşdırıbİmişlidə axtarışda olan qadın narkotacir saxlanılıbBakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölübBu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcəkAzərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıbÇingiz Əsgərov hakimlərin sayının az olması ilə bağlı iddialara münasibət bildirib