Ləyaqətli və şərəfli ömür yolu - Xudayar Sultanlı

Ləyaqətli və şərəfli ömür yolu - Xudayar Sultanlı
  • 24-09-2020, 00:36
  • 245 dəfə oxunub
Reklam

Azərbaycan Dövlət Pedaqoji Univeristeti Cəlilabad filialı ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasında Təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. AMİ və onun filialları ulu öndər H.Əliyevin 15 iyun 1999-cu il tarixli 168 saylı sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın tələblərindən irəli gələrək fəaliyyətə başlamışdır. Filial əhalisinin sayı 220 mindən çox olan Cəlilabad rayonunda yerləşir və regionda pedaqoji kadr hazırlığı və ömürboyu təhsili reallaşdırmaq məqsədi ilə gələcəyə proqnozlaşdırılmışdır. Az müddətdə filialda yüksək ixtisaslı professor-müəllim heyəti formalaşmışdır: - 2 elmlər doktoru, 1 professor - 10 fəlsəfə doktoru, 4 dosent, 2 dosent əvəzi - 5 elmlər doktoru proqramı üzrə dissertant - 12 fəlsəfə doktorluğu üzrə dissertant - 12 magistr - 5 baş müəllim - 3 əməkdar müəllim - 2 “Tərəqqi medalı” ilə təltif olunmuş əməkdaş - 1 “Qabaqşıl təhsil işçisi” medalı ilə təltif edilmiş əməkdaş Professor-müəllim heyətinin orta yaş həddi 46-dır. Filialın fəaliyyətinə ümumi rəhbərliyi direktorun sədr olduğu seçkili orqan-pedaqoji şura həyata keçirir. Filiala bilavasitə rəhbərliyi direktor həyata keçirir. Direktor Təhsil Nazirinin əmri ilə vəzifəyə təyin edilmişdir. Filiala rəhbərliyi dosent, fəlsəfə doktoru Xudayar Həzərxan oğlu Sultanlı edir. O, Elmi Şuranın sədridir, təşkilati, tədris-tərbiyə, elmi işlərə ümumi rəhbərlik edir və filialın ayrı-ayrı struktur bölmələri arasında əlaqəni tənzimləyir. Xudayar müəllim 2011-ci ilin may ayından bu vəzifəyə təyin olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə «Tərəqqi medalı» ilə təltif edilmişdir.


Elə bu yazımda sizə insanların səadəti naminə təmiz, ülvi hisslərlə yaşamağı bacaran, əzəldən ali məqsədi Vətəninə, millətinə fayda vermək olan və gözəl əməlləri sayəsində bütün Cəlilabad rayonunda tanınan, sevilən dosent, fəlsəfə doktoru Xudayar Sultanlıdan danışmaq istəyirəm.

Ləyaqətli və şərəfli ömür yolu - Xudayar Sultanlı


Hər bir vətən övladının kamil, xoşbəxt yaşaması naminə xoş əməllərə dönüb ürəklərə yağması özünəməxsus mənəviyyat fəlsəfəsindən irəli gəlir.Xudayar müəllim öz işini ürəklə görməklə bərabər, imkan tapan kimi hamıya yaxşılıq edir, özü də elə ayların, illərin astanasında yaxşılıq gözündə ucalır.Bütün bu bəşəri, ülvi dəyərlərlə zaman-zaman doğma yurda, insanlara sevgi nümunəsi olan səmərəli, şərəfli bir həyat yolu yaşayır.Daxili aləmi gözəldir, cəmiyyətdə gördükləri də buna bənzəyir.Bir də canında, qanında el məhəbbətini gəzdirən nurlu şəxsiyyət şərdən-xətadan uzaq sevdalı dünyası vardır.Kim ki, haqq naminə bu dünyanın təmənnasız hərarətinə tapınır xoşbəxtlik özü gəlir onu tapır.Azərbaycanın işıqlı gələcəyinə, elə üstündə gəzdiyi torpağın taleyinə yönələn ilk uğurlarına ürəkdən sevinir, bütün eşqini, məhəbbətini uşaq yaşlarında müqəddəsliyinə vurulan müəllim peşəsinə verir. Müəllim adını, şərəfini hər şeydən uca tutmaqla xalqının mədəni, mənəvi dünyasına yadda qalan naxışlar vurur.

Xudayar Sultanlı sənətini ürəkdən sevən, ona dəyər verən, daim öyrənən və öyrətməyi bacaran təcrübəli dosent, fəlsəfə doktordur. İnsanlığın zinəti sayılan saf, ülvi dəyərləri parlaq xarakterində cəmləyən bu vətən sevdalı Azərbaycan ziyalısı özünü biləndən elə həyat yolunu xoş arzular üzrə qurmuşdur.Üzərinə düşən vəzifənin məsuliyyətini çox yaxşı bilir.Tələbələrə sonsuz sevgi göstərdiyi üçün onlar da öz direktorlarını böyük məhəbbətlə sevirlər.
Əslən, qəlbən, ruhən müəllim olan yüksək zəkası, istedadı, əxlaqi dəyərləri Xudayar müəllimə ən etibarlı yardımçı durur.Gözünün nurunu, qəlbinin hərarətini sinif otaqlarında şam kimi əridən Xudayar müəllim istər müəllim heyəti istər tələbə istərsə də rayon cammatı tərəfindən sevilir, sayılır.

Xudayar müəllimin elmə, təhsilə bağlılığı ailəsində də özünü göstərir. Yorulmadan doğma vətəninin tərəqqisi naminə çalışan, fəaliyyətində müstəqil Azərbaycanımıza dəyərli töhfə verən, yaşatmaq eşqi ilə cəmiyyətin gözündə ucalan, qəlblərdə isti yuva quran Xudayar Sultanlının həm də gözəl ailəsi vardır.Mənəvi təmələ, xoş niyyət və arzulara tapınmış, əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutmuş ailə rayonda nümunə göstərilir.Gözəl müəllim olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır. Qayğıkeş, məsuliyyətli ailə başçısı, sevimli ata olan Xudayar müəllimin ocağında 3 övlad böyüyüb boya-başa çatıb. Böyük oğlu ata yolunu davam etdirərək institutu riyaziyyat-informatika ixtisası üzrə, kiçik oğlu Sərhəd Qoşunları Akademiyasını, qızı isə kitabxanaçılıq üzrə orta ixtisas məktəbini bitirmişdir.Həyata əzəmət, ülviyyət gətirən əməllərlə ucalmaq onların əsas amalıdır.

Öz işini kamil bilən gözəl dosent, fəlsəfə doktoru , yaxşı insan olduğuna görə Xudayar müəllim qədər rayonda onun qədər təhsil sahəsində hörmət, nüfuz qazanan ikinci bir adam yoxdur. Uzun illərdir müəllim peşəsini ləyaqətlə daşıyır.Əsl ziyalıya xas yüksək mənəvi-əxlaqi keyfiyyətləri, dərin zəkası, geniş dünyagörüşü həmişə ona el-oba sevgisini gətirir.Hərkəsin gözündə Xudayar müəllim ürəkdən bağlandığı millətin sabahına sözün əsl mənasında ümid çırağı, sönməz məşəldir.Xoşbəxtliyini Azərbaycan Dövlət Pedaqoji Univeristeti Cəlilabad filialının divarları arasında görməklə dəyərli ziyalı ömrünü yaşayır.

Xoş təbiəti, nəcib, mehriban xisləti dünyada ən müqəddəs peşə sayılan müəllimliyi ona gözəl yaraşdırır. Elə ziyalılıq da bu alicənab insanın daxili aləmində, mənəviyyatındadır.Məhz buna görə də Xudayar müəllimin tərbiyə verməyə təhsil sahəsində rəhbərlik kimi fəaliyyət göstərməyə mənəvi hüququ böyükdür.

"İqtisad.Org" xəbər portalı olaraq , biz də bu şərəfli, ləyaqətli, sarsılmaz, uca və məsuiliyyətli peşəsində Xudayar müəllimə uğurlar və müvəffəqiyyətlər diləyir, uzun ömür can sağlığı arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar“Bayraktar” PUA-sının yaradıcısı: “Əl boyda körpəyə toxunan qorxaqdır”Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdıs