Mehmanxanalarda reydlər davam etdirilir

Mehmanxanalarda reydlər davam etdirilir
  • 24-09-2020, 01:02
  • 19 dəfə oxunub
Reklam

Pandemiya şəraitində mehmanxanaların ictimai iaşə məkanlarında infeksiyanın yayılma riskini azaltmaq üçün qonaqlar arasında növbənin tənzimlənməsi əsas şərtlərdən biridir. İaşə məkanında növbə yarana biləcək bütün ərazilərin döşəmələri xüsusi işarələrlə nişanlanmalıdır.
İstər qonaqlar, istərsə də işçi heyətin gigiyena qaydalarına riayət edilməsi COVID-19-a yoluxmanın qarşısını alan vacib şərtlərdəndir. İctimai iaşə zonalarına yalnız qoruyucu maskadan istifadə edən qonaqlar daxil ola bilərlər. Maskası olmayanlara isə girişdə maska təqdim edilməlidir. Qida qəbulu istisna olmaqla bütün digər dövrdə və masanı tərk etdikdə qonaqların maskadan istifadə etməsinə nəzarət olunmalıdır.
Hava-damcı yolu ilə ötürülən xəstəliklərin, xüsusilə də COVID-19-un yayılmasının qarşısının alınması üçün ümumi istifadədə olan çay və qəhvə maşınları, su dispenserləri və digər avadanlıqdan içkiləri yalnız mehmanxana işçisinin qonaqlara təqdim etməsi tövsiyə edilir. Qaydalara əsasən, açıq bufet xidməti, habelə mehmanxananın ictimai iaşə məkanlarından kənarda özünəxidmət yolu ilə yeyib-içmək xidməti fəaliyyət göstərməməlidir.
Bütün bu tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə aidiyyəti qurumların əməkdaşlarından ibarət birgə monitorinq qrupları paytaxt Bakı ilə yanaşı, respublikanın bütün bölgələrində mütəmadi olaraq monitorinq həyata keçirir. Yoxlama zamanı sahibkarlıq subyektlərində tələblərə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara qaydalar izah edilir.
Aparılan tədbirlər zamanı mehmanxanalarda bir sıra qaydalara əməl olunmaması, kobud şəkildə pozulması faktları aşkarlanıb və həmin müəssisələr barədə inzibati tədbirlər görülüb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar“Bayraktar” PUA-sının yaradıcısı: “Əl boyda körpəyə toxunan qorxaqdır”Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdıs