Bu insanın gördüyü işlər misilsizdir - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev

Bu insanın gördüyü işlər misilsizdir - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev
  • 12-10-2020, 23:51
  • 231 dəfə oxunub
Reklam

Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu sosial və iqtisadi kurs bu gün ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirmiş, dövlət quruculuğu prosesi sürətlənmiş, Azərbaycanda uğurlu sosial və iqtisadi islahatlar aparılmışdır.

Bu gün dövlət siyasətinin əsas prinsiplərindən biri - Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasıdır. Bu məqsədlə yeni iqtisadi proqramlar qəbul edilmiş və bu proqramlar uğurla icra edilir.

Ölkə başçısı həmişə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların fəaliyyətini yüksək dəyərləndirib.


Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevdə belə dövlət işçilərindəndir.

Fəaliyyətinin ilk günündən Rafael Mehrəliyevin əsas məqsədi Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütamadi olaraq Bakı şəhərində saysız-hesabsız xeyirli işlər görmüşdür.

Rafael Mehrəliyev Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi təyin olunduğu gündən bəri əhalinin mənzilkommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçiri hər həftə şəhər əhalisinin problemlərinin həlli ilə bağlı şəhərin müxtəlif vətəndaşları narahat edən məsələləri dinləyir, bir çox problemlərlə yerindəcə tanış olur və onun aradan qaldırılması üçün müvafiq tədbirlər görür.Onun şəhər əhalisi ilə görüşləri müəyyən qapalı məkanda deyil, birbaşa məhəllələrdə və küçələrdə keçirilir. Qısa müddət ərzində Rafael Mehrəliyev xalq arasında böyük rəğbət qazanıb.

Qışın qayğısına yayda qalanlar, soyuqlu-şaxtalı havalarda çətinliklə üzləşmirlər. Odur ki, respublikamızın aidiyyəti təşkilatları, xüsusilə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti yay aylarında, bir qayda olaraq, Rafael Mehrəliyevin təşəbbüsü ilə payız-qış mövsümünə hazırlıq işləri ilə məşğul olurlar. Əhalinin sosial qayğılarının həllinə xüsusi diqqət göstərən ölkə başçısının tapşırıq və tövsiyələrinə əsasən payız-qış aylarında mənzillərin qızdırılmasında, elektrik enerjisi və qazla təchizatında, leysan yağışlarda küçə və prospektlərdə problemlər yaşanmasın deyə qarşıya qoyulan vəzifələri lazımınca yerinə yetirməyə çalışırlar. Çünki Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən regionların, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi tərəqqisinə hesablanmış dövlət proqramlarında respublikamızın ən ucqar kəndlərinin də inkişafı, insanların rifah halının yaxşılaşdırılması və digər sosial qayğıların həlli genişliyi ilə nəzərdə tutulub. Bu tapşırıqların çoxu artıq reallığa çevrilib. Etiraf etməliyik ki, nəinki Bakıda, respublikamızın digər regionlarında belə beş-on il bundan əvvəlki ciddi işıq, qaz, su, istilik çatışmazlığından əsər-əlamət qalmayıb.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rafael Mehrəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Rafael Mehrəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Rafael Mehrəliyevin sədrliyi ilə Mənzil Kommunal Təsərrüfatı Departamentinin yüksək və rəqabətə davamlı səviyyədə qalmasını təmin etmək üçün yeni texnologiyaların mənimsənilməsi, tətbiq olunması işlərin ciddi surətdə peşəkar və dövlət normalarına uyğun şəkildə həyata keçirilməsinə və bir başa layihələrin mükəmməl olmasına amil yaradır.

Bəli, bu gün ki gündə Rafael Mehrəliyev prezidentimiz İlham Əliyevə, onun verdiyi tapşırıqlara, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Ona görə də əlindən gələni hər zaman edir ki həm sakinləri həm də dövlət başçımızı razı salsın.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Rafael Mehrəliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Rafael Mehrəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə daima sədaqətli , vəfalı adamdır.

Ona etibar edilən bütün postlarda Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev özünü doğruldub. Bizdə "İqtisad.Org" xəbər portalı olaraq hörmətli Rafael Mehrəliyevə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar“Bayraktar” PUA-sının yaradıcısı: “Əl boyda körpəyə toxunan qorxaqdır”Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdıs