MM deputatı Madər Musayev : Erməni vandalizmi onların xislətinin bariz nümunəsidir.

MM deputatı Madər Musayev : Erməni vandalizmi onların xislətinin bariz nümunəsidir.
  • 13-10-2020, 00:36
  • 230 dəfə oxunub
Reklam

"Şöhrət" və "Şərəf" ordenli, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Madər Musayev : Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan vətəndaşlarının kütləvi şəkildə məcburi köçkün və qaçqın salınması, minlərlə insanın həlak olması, sağlamlığını itirməsi ilə çox ağır nəticələr doğurub. Bununla yanaşı, Ermənistanın istis­na­sız olaraq, bütün əməli fəaliyyət sahələri üzrə, o cümlədən mədəniyyət müəssisələrinin dağı­dılması, təyinatının dəyişdirilməsi, özününkü­ləş­dirilməsi ("erməniləş­dirilməsi") baxımından anti-bəşəri davranışı da diq­qət tələb edən möv­zudur.

İlk növbədə, bəşər sivilizasiyasının indiki çağında -- bəşəriyyətin yüzlərlə böyük əsəri -- yüzlərlə böyük fikir adamının yaradıcılığını özündə ehtiva edən mədəni irsə sahib olduğu bir vaxtda, işğalçılıq, soyqırım aktı törətmək, hərbi cinayətlər etmək özü, mədəniyyətdən yoxsul­luğun, vandallığın göstəricisidir. Üstəlik, əgər bu hərbi cinayətlər tam haqsız yerə edilirsə, günahsız insanların -- körpələrin, qadınların, qocaların qanını tökərək, onları şikəst edərək, əsir-girovlar üzərində "tibbi ekspertiment"lər apararaq, ailənin bir üzvünü o biri üzvlərin gözü önündə, qəsdən mənəvi və fiziki şikəstliyə məruz qoyaraq edilirsə, bu, vandallıqdan daha artıq bir ifadə ehtiyacı yaradır... Əlbəttə, qoca dünya Ermənistan Respublikasından daha əvvəllər də təcavüzkarlar görüb, Qarabağdan öncə də işğallar olub, müharibələr edilib, ancaq məhz XX əsrin sonu -- XXI əsrin başlarında və "erməni mətn mündəricəsi" ilə törədilən cinayətlərin analoqu olduğunu düşünmürəm. Necə deyərlər, müharibənin də bir qaydası-qanunu, hüquq­suzluğun da bir hədd-hüdudu, işğalın da bir qırmızı xətti olub tarixdə.

Özü Azərbaycan torpaqlarında bərqərar edilmiş Ermənistan Respublikası isə Azərbaycandan tarix boyu qonaqpərvərlik, dözüm, təmkin görməsinə (ən sadə şəkildə desək, Azərbaycanın suyunu içib, çörəyini yeməsinə) baxmayaraq, "ikinci erməni dövləti" qurmaq üçün də Azərbaycan torpaq­larını seçdi, azərbaycanlıları öldürdü, onları şikəst etdi... Bununla da ürəyi soyumadı, bizi -- xeyirxah qonşusunu beynəlxalq miqyasda gözdən salmağa -- barbar kimi tanıtmağa çalışdı. Öz əhalisini yarıac saxlayıb, milyonlarla vəsaiti qan axıtmağa, terrora, işğalçılıq siyasətinə, xərclədi... Siz deyin, belə bir zehniyyət, daha doğrusu, zehniy­yət­sizliklə daha hansı xalq üz-üzə qalıb? Yeri gəlmişkən, əgər Ermənistan və havadarlarının qondarma "Dağlıq Qarabağ Respublikası" hərbi-siyasi cinayəti baş tutsaydı, yəqin ki, bizim taleyimizi yaşayacaq növbəti xalq gürcülər (Gürcüstan) olacaqdı. Bu anlamda, Azərbaycanın ərazi bütöv­lüyünü bərpa etməsinə, bizdən sonra ən çox maraq göstərən ölkələrdən biri (və bəlkə də, birincisi!) Gürcüstan olmalıdır. Qarabağda şəhid olan Azərbaycan əsgərinin tarixi uğuru həm də Gürcüstanın Cavaxetiyasını "ikinci Qarabağ" olmaqdan qurtarır... Bunlar öz yerində. Ye­nidən qayıdıram, Ermənistanın işğalçılıq siyasətinin mədə­niyyət üzünə, daha doğrusu, üzsüzlüyünə.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi açıq­laması ilə tanış oldum. Açıqlama, işğal edilmiş ərazilərdə yerləşən mədəniyyət obyektləri ilə bağlıdır. Nazirliyin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə viran edilmiş yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi də olub. Bununla yanaşı, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, işğaladək dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII--XII əsrlər), Kəlbəcər rayo­nunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kən­dində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri -- Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu və başqaları erməni vandalizminin qurbanına çevrilib.

Bütövlükdə Ermənistanın öz 102 illik "dövlət tarixi" boyu bu sadalanan vandallıqlar qarşı­lığında bəşər mədəniyyətinə ciddi bir töhfəsini xatırlamağa çətinlik çəkirəm. Yəni, verdiyin nədir, dağıtdığın nə?!

“Gəncə erməni terrorizminə qarşı müqavimət rəmzidir”

Erməni vandalizmini, erməni terrorizmini bu illər-32 il ərzində bütün dünyaya çatdırdığımız kimi, son hadisələri, Gəncədə törədilən terraktı da dünyaya çatdırmalıyıq: “Ermənilər, erməni terrorçuları 28 il sonra ikinci Xocalı soyqırımını törətdilər. Bunun başqa adı yoxdur. Ancaq çox təəssüflər olsun ki, 28 il öncə olduğu kimi, yenə də dünya birliyi, beynəlxalq təşkilatlar Gəncədə törədilən vandalizmı, soyqırımına səssiz qaldılar, özlərini karlığa, korluğa, lallığa vurdular. Bu, qəbuledilməz və yolverilməzdir. Onların cavabı verilməlidir və mütləq veriləcək. Dünya verməsə də, biz verəcəyik.”“Ermənistan bu gün çox gücsüzdür, çox zəifdir və dünənki qanlı cinayət əməli ilə də özü öz məğlubiyyətinə imza atdı.Artıq Azərbaycan dünənki, 25-30 il əvvəkli Azərbaycan deyil, bugünkü Azərbaycan güclü, qüdrətli Azərbaycandır və bu Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, işğala son qoyacaq. “Bunlara başqa ad vermək olmaz, nə ordudur, nə hərbi birlikdir, bunlar terrorçulardır…Erməni terrorçuları dünən gecə saatlarında yenə dinc, mülki insanlarımızı, Gəncəmizi raket atəşinə məruz qoydular, insanlarımızı qətl etdilər, yaraladılar, vandalizm törətdilər…Dünən səhərimizi bu ağrılı, bu acılı xəbərlə açdıq…Bir millət, bir dövlət, bir xalq olaraq, çox qəzəbliyik.”

Əlbəttə, torpaqlarımızı azad edəcəyik. Qarabağı tam azad etməyimizə az qalıb! Əlbəttə, tarixi ədaləti bərpa edəcəyik! Əlbəttə, daha yaxşı şəhərlər salacaq, yeni abidələr tikəcək, mümkün olan qədər təmir-bərpa işləri görəcəyik! Ancaq o dağıdılan abidələrin özündən bir də olma­yacaq! Qırılan talelər, kəsilən ömürlər bir də nə təmir, nə də bərpa edilə biləcək... O gözəl əsərlər bir də olduğu kimi çəkilməyəcək... Neçə-neçə həlak olan soydaşımızın... qələm tutan barmağı, fırça tutan əli, daş yonan qolları... gözəlliklər yaratmadan getdi...

Uzun sözün qısası: Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı beynəlxalq tribunal yaradılmalıdır. Ermənistan özünü bir dövlət sanırsa, etdiklərinə görə üzr istəməlidir. Tarixi ədalət bərpa olunmalıdır!

Müzəffər odrumuz hal-hazırda bu tələblər üçün münbit şərait yaratmaq yolundadır! Hər şey yaxşı olacaq! Böyük Atatürk demişdir: "Söhbətin mövzusu Vətənsə, gerisi təfərrüatdır!"

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar“Bayraktar” PUA-sının yaradıcısı: “Əl boyda körpəyə toxunan qorxaqdır”Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdıs